"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home KÖŞƏ YAZILARI

Möhkəmləndirilən “tük” və “asılan” manat…

26 Yanvar 2016 - 18:45
in KÖŞƏ YAZILARI
FacebookVatsap

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Hər kəs öz “yastığının” altına baxsın

Son devalivasiyadan sonra ölkənin maliyyə, bank və iqtisadiyyat sektoruna cavabdeh olan yüksək rütbəli məmurların açıqlamalarını oxuyuram və onların yerinə utanmaq istəyirəm. Amma bacarmıram. Çünki utanılacaq davranışların, fəaliyyətlərin, yaxud fəaliyyətsizliklərin miqyası mənim utancaqlıqla bağlı təsəvvürlərimin sərhədlərini sonsuzadək aşıb keçir. Təəssüf ki, bu böyüklükdə yükün altına girmək “gücündə” və imkanında deyiləm. Yoxsa… O qədər onun-bunun yükünün altına girmişik ki, sayı-hesabı yoxdur…
…Mətləbə yol almazdan öncə bir məqamı xüsusi vurğulamaq istəyirəm: Mənim üçün insanın zahiri görünüşü fundamental əhəmiyyət kəsb etmir. Lakin zövqün, geyimdə, saç düzümündə istifadə olunan hər hansı bir detalın, yaxud danışıq və ifadə tərzinin, jestlərin, mimikanın insan haqqında çox şey deyə biləcəyi qənaətindəyəm…
Kimsənin xətrinə dəyməmək üçün özümdən başlayacağam… Uzandığı zaman əlinə ilk dəfə kərənti alan birisinin tələm-tələsik biçdiyi ot sahəsini xatırladan seyrək saçımdan hər 2-3 gündən bir xilas olmağa çalışıram. Əslində 1-2 ay səbr eləsəm, bəlkə də “saçım hələ tökülməyib” təəssüratını yarada bilərəm. Amma buna ehtiyac duymuram. Ən azından özüm bilirəm ki, saçımın “qatarı çoxdan gedib”. Buna görə də “burda saç var”, “yaxud burda nə vaxtsa saç olub” və ya “burda saç ola bilərdi” xəyalına qapılıb nə özümü, nə də başqalarını aldatmağa çalışmıram… Yəni yoxdursa, deməli yoxdur. Bunu dərd eləməyə dəyməz…
…Ölkədə baş verən ilk devalivasiyaya qədər, daha doğrusu Mərkəzi Bankın sədri Elman Rüstəmovun “Forbes” jurnalına verdiyi məşhur müsahibəyədək hörmətli baş bankirin tüklərlə əbədi vidalaşmış başının alın nahiyəsinə yaxın hissəsində 2-3 ədəd tükü nə üçün saxladığını başa düşə bilmirdim. Amma bu müsahibədən keçən zaman ərzində, Elman müəllimin bir-biri ilə daban-dabana ziddiyyət təşkil edən açıqlamaları ilə tanış olduqca, bu 2-3 ədəd tükün iqtisadi və bəlkə də fəlsəfi mahiyyətini anlamağa başladım. Anladım ki, son 2-3 il ərzində manatın taleyi bu “tüklərdən” asılı qalıb. Mərkəzi Bankın sədri isə manatı möhkəmləndirilmək əvəzinə manatın asılı qaldığı “tükləri” qorumaqla məşğul olub. Hörmətli baş bankirin açıqlamalarında yer alan ziddiyyətlər – devalivayasiyanın olacağı, yaxud olmayacağı, manatın üzəcəyi və ya üzməyəcəyi, yeriyəcəyi, yerində qalacağı, atılıb-düşəcəyi… barədə bir-birini təkzib edən mülahizələri də çox güman ki, elə buradan qaynaqlanıb. Yəni, milli valyutamızla bağlı yaranmış bütün problemlərin əsasında o məlum… 2-3 ədəd “tük” dayanır…
Elman Rüstəmovun son açıqlamasını oxuduqdan sonra zövqlə bağlı qənaətimin doğruluğuna bir daha əmin oldum. Hörmətli Elman müəllim deyir ki, “dollarla kredit götürənlərə güzəştlərin edilməsi maliyyə intizamını poza bilər”.
Maraqlıdır, necə olur ki, uzun illər boyu milli valyutanın məzənnəsinin bazar iqtisadiyyatının ən adi, ən bəsit tələblərinə uyğun olaraq formalaşdırılması prinsipinə əməl olunmur və bu hal maliyyə intizamını alt-üst etmir, amma əhaliyə Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin 3-cü bəndinə zidd olaraq xarici valyuta ilə verilən kredlərə görə ölkə vətəndaşlarına güzəştlərin edilməsi maliyyə intizamını pozur? Konstitusiyanın 19-cu maddəsinin 3-cü bəndində açıq və imperativ şəkildə bildirilir ki, “Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır”.
Nə üçün yaranmış vəziyyətə görə, Konstitusiyanın tələbinə əməl etməyən Mərkəzi Bank və onun icazəsi ilə dollarla kredit verən banklar deyil, vətəndaş məsuliyyət daşımalıdır? Bu nə məntiqdir?
Əgər bu məntiqdən və öncə Mərkəzi Bankın sədri Elman Rüstəmovun, daha sonra isə maliyyə naziri Samir Şərifovun “yastıq altında saxlanılan” pullarla bağlı açıqlamalarından çıxış etsək, o zaman dollarla verilən kreditlərlə bağlı problemi qısa bir zaman ərzində həll etmək olar…
Bunun üçün ilk növbədə hər kəs öz “yastığının” altına baxmalıdır…
P.S. Onsuz da son günlər məsləhət verənlərin sayı artıb… Birini də mən verdim. Xeyirli olsun…
Previous Post

Möhkəmləndirilən “tük” və “asılan” manat…

Next Post

Diqqət! Bu yollar buz bağlayıb – Siyahı

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Diqqət! Bu yollar buz bağlayıb - Siyahı

Diqqət! Bu yollar buz bağlayıb - Siyahı

Son xəbərlər

Amerikanın nüfuzlu “Arxeologiya” jurnalında Cəlilabadda tapılan daş kürə barədə məqalə dərc olunub

Amerikanın nüfuzlu “Arxeologiya” jurnalında Cəlilabadda tapılan daş kürə barədə məqalə dərc olunub

21 Avqust 2026 - 23:36
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda və propan göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda və propan göndəriləcək

21 Avqust 2026 - 23:34
BMT Təhlükəsizlik Şurası avqustun 24-də Ukrayna ilə bağlı iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası avqustun 24-də Ukrayna ilə bağlı iclas keçirəcək

21 Avqust 2026 - 23:33
Azərbaycan millisi Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək

Azərbaycan millisi Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək

21 Avqust 2026 - 23:14
İmişlidə avtomobilin vurduğu piyada ölüb

İmişlidə avtomobilin vurduğu piyada ölüb

21 Avqust 2026 - 23:13
ABŞ Konqresi Norveçə 2,3 milyard dollar “Black Hawk” helikopterlərinin satışını nəzərdən keçirəcək

ABŞ Konqresi Norveçə 2,3 milyard dollar “Black Hawk” helikopterlərinin satışını nəzərdən keçirəcək

21 Avqust 2026 - 23:11
Bakıda və bölgələrdə son bir həftədə yaşıllıqlara 81 min manatdan çox ziyan vurulub

Bakıda və bölgələrdə son bir həftədə yaşıllıqlara 81 min manatdan çox ziyan vurulub

21 Avqust 2026 - 21:49
Şahzadə Harri və daha 6 iddiaçı “Daily Mail” naşirinə 9,54 milyon funt ödəyəcək

Şahzadə Harri və daha 6 iddiaçı “Daily Mail” naşirinə 9,54 milyon funt ödəyəcək

21 Avqust 2026 - 21:46
Türkiyədə mədəndə uçqun olub, ölən və xəsarət alanlar var

Türkiyədə mədəndə uçqun olub, ölən və xəsarət alanlar var

21 Avqust 2026 - 21:44
MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır

MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır

21 Avqust 2026 - 21:41
Çində qapı dizaynına görə 4,3 milyon avtomobil geri çağırılacaq

Çində qapı dizaynına görə 4,3 milyon avtomobil geri çağırılacaq

21 Avqust 2026 - 21:37
Üç küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Üç küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

21 Avqust 2026 - 19:18
Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 81 820 manat ziyan dəyib

Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 81 820 manat ziyan dəyib

21 Avqust 2026 - 19:07
MİQ üzrə müsahibə mərhələsinə başlanılır

MİQ üzrə müsahibə mərhələsinə başlanılır

21 Avqust 2026 - 18:55
Ərzurumda aşıq sənəti mövzusunda Beynəlxalq Elmi Konfrans və konsert proqramı keçirilib – FOTO

Ərzurumda aşıq sənəti mövzusunda Beynəlxalq Elmi Konfrans və konsert proqramı keçirilib – FOTO

21 Avqust 2026 - 18:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.