Mişustin: Yeni bölgələrin sakinləri qarşısında bütün sosial öhdəliklər yerinə yetiriləcək

48

“Rusiya Federasiyasına daxil olan regionların sakinləri qarşısında bütün sosial öhdəliklər tam həcmdə yerinə yetirilməli, onların Rusiya hüquq sahəsinə inteqrasiyası asan və rahat olmalıdır”.

Elchi.az TASS-a istinadən xəbər verir ki, Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin Federal İcbari Tibbi Sığorta Fondunun (FOMS) rəhbəri İlya Balaninə bu tapşırığı xüsusi nəzarətə götürməyi tapşırıb.

“Onlar (yeni ərazilər) bu yaxınlarda Rusiya Federasiyasının tərkibinə daxil olublar və təbii ki, Rusiya Federasiyasının vətəndaşı olmuş insanlar qarşısında bütün sosial öhdəliklər yerinə yetirilməlidir”, – Mişustin deyib.

Baş nazirin sözlərinə görə, yeni bölgələrin sakinlərinin Rusiya Federasiyasının hüquqi sahəsinə inteqrasiyası, ilk növbədə, bütün sosial və tibbi xidmətlərin alınmasını nəzərdə tutur. Baş nazir əlavə edib ki, bunu asanlıqla və rahat şəkildə etmək lazımdır.

“Sizdən xahiş edərdim ki, bu məsələni xüsusi nəzarətdə saxlayasınız”- Mişustin Balaninə göstəriş verib.

Bu gün səhər saatlarında Mişustin Donetsk və Luqansk Xalq Respublikaları, Zaporojye və Xerson vilayətləri üçün güzəştli ipoteka proqramının başlanması haqqında qərar imzalayıb. Bu rayonların sakinləri güzəştli şərtlərlə – illik 2%-dən çox olmayan ipoteka krediti ala biliblər.

Yeganə