Mişustin: “Rusiya iqtisadiyyatı çətinliklərin öhdəsindən gəlir”

33

Rusiyanın baş naziri Mixail Mişustin bildirib, Rusiya iqtisadiyyat qeyri-standart şəraitdə də işləsə də, bütün çətinliklərin öhdəsindən gəlir.

Elchi.az Vesti.ru-ya istinadən xəbər verir ki, Mişustin bu barədə Rusiya-Türkmənistan biznes forumunda çıxış edərkən qeyd edib:

“Hazırda qlobal maliyyə-iqtisadi arxitektura yenidən formatlaşdırılır. Dünyanın hesab vahidi sayılan valyutalar öz etibarsızlığını nümayiş etdirib, Rusiyaya kobud təzyiqlər edilir. Buna baxmayaraq, 2022-ci il Rusiyanın yeni çağırışların öhdəsindən gəldiyini göstərdi. ÜDM-də azalma proqnozlaşdırılandan xeyli az olub”.

Baş nazir həmçinin vurğulayıb:

“Əsas vəzifələr həll olunur. Vətəndaşlar qarşısında sosial öhdəliklər tam yerinə yetirilir. İqtisadiyyat uyğunlaşır. Böyük çağırışlar dövrü hamı üçün, o cümlədən bütün sahələrdə suverenliyin möhkəmləndirilməsi üçün yeni imkanlar açır”.

Yeganə