Misir sərhəddəki hərbi hissəyə hücumla bağlı İsraili qəsdən təxribatda ittiham edir.
Elchi.az-ın Reuters.com-a istinadən xəbərinə görə, Misir mənbələri “Əl Ərəbi Əl Cədid” qəzetinə bildiriblər ki, Qahirə HƏMAS ilə müharibənin fonunda Filadelfiya marşrutu üzrə Misir və Qəzza zolağı arasındakı bufer zonada hər hansı hərbi əməliyyata qarşı İsraili xəbərdar edib.
Misirin keçən həftə səhvən Misir sərhəd mühafizə məntəqəsini hədəfə aldığına görə İsrailin üzrxahlığını da rədd etdiyi bildirilir.
İsrail Müdafiə Qüvvələri (IDF) tanklarından birinin Qəzza sərhədindəki Kerem Şalom yaxınlığındakı Misir hərbi bazasına təsadüfən atəş açdığını, baş verənlərdən təəssüfləndiyini və hadisənin daha da araşdırılacağına əmin olduğunu bildirib.
Qahirənin də fələstinlilərin Qəzza zolağından Sinaya sızma ehtimalına qarşı xəbərdarlıq etdiyi bildirilir. Belə ki, qəzetin sitat gətirdiyi mənbə “Misir iki ölkə arasında münasibətləri məhdudlaşdıracaq diplomatik tədbirlər görə bilər” qənaətinə gəlib.
Yeganə