Milli Məclisin ilk plenar iclasının vaxtı açıqlandı

33

Azərbaycan Milli Məclisinin yaz sessiyasının ilk plenar iclasının vaxtı məlum olub.

Elchi.az xəbər verir ki, parlamentin yaz sessiyasının ilk plenar iclası fevralın 1-də keçiriləcək.

Toplantıda qanunverici orqanın yaz sessiyası üçün işlər planı və digər məsələlər müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Milli Məclisin yaz sessiyası mayın 31-dək davam edəcək.