Milli Məclis Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat qəbul edəcək

40

“Təklif edirəm ki, Fransa Senatında qəbul edilən qətnamə ilə bağlı Milli Məclisin bəyanatını qəbul edək”.

Elchi.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sahibə Qafarova bunun üçün parlamentin iclasının gündəliyinə dəyişiklik olunmasını təklif edib: “44 günlük müharibə dövründə və müharibədən sonra Fransa hökumətinin Azərbaycana qarşı beynəlxalq təşkilatlarda sənədlər qəbul etdirməyə çalışmasını çox yaxşı xatırlayırıq. Dünən Senatda qəbul edilən qətnamənin hər sətrində xalqımıza qarşı nifrət yağır. Heç bir mənəvi, hüquqi və siyasi haqqı olmadan Fransa Senatında qəbul edilən bu qətnamə göstərir ki, Fransa ilə Azərbaycan arasında münasibətlərə xələl gətirməyə, Avropa İttifaqı və Azərbaycan arasında münasibətlərə zərbə vurmağa hazırdırlar. Biz Fransanı Ermənistanı təcavüzkar yox, qurban kimi qələmə vermək cəhdlərindən əl çəkməyə çağırırıq. Biz məsələnin müzakirəsinə başlayırıq”.