Metroda “BakıKart” terminalları cərəyan keçirir? – Rəsmi açıqlama

64

Metronun “Qara Qarayev” stansiyasında vətəndaşın “BakıKart” terminalının cərəyan keçirməsi ilə bağlı şikayəti araşdırılıb.

Elchi.az xəbər verir ki, məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Oxu.Az-a bildirib ki, aidiyyəti üzrə vətəndaşın stansiya əməkdaşlarına bu barədə məlumat verdiyi təsdiqini tapıb:

“Stansiyaya “BakıKart” MMC-nin nümayəndələri dəvət edilib. Qurum nümayəndələri ilə “Bakı Metropoliteni” QSC-nin müvafiq şöbəsinin əməkdaşlarının birgə iştirakı ilə sözügedən terminala baxış keçirilib. Heç bir problem aşkarlanmayıb. Lakin bütün hallarda həmin “BakıKart” terminalı nəzarətə götürülüb”.