Messi Niderland millisinin futbolçusunu təhqir etdi

45

Argentina millisinin futbolçusu Lionel Messi Qətərdə keçirilən dünya çempionatının 1/4 final oyunundan sonra Niderland yığmasının üzvü Vaut Veqhorstu təhqir edib.

Elchi.az xəbər verir ki, “TyC Sport”un canlı efirində iki oyunçu arasında insident yaşanıb.

35 yaşlı hücumçu Veqhorsta “nəyə baxırsan, axmaq? Get buradan” deyib.

Qeyd edək ki, Argentina komandası əsas və əlavə vaxtı 2:2 hesablı heç-heçə ilə başa çatan qarşılaşmanın penaltilər seriyasında rəqibini üstələyib – 4:3.