ABŞ-ın keçmiş prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp anası Pmalia Knavsın vəfat etdiyini açıqlayıb. Qadının 78 yaşı var idi və yanvarın 9-da dünyasını dəyişib. Elchi.az xəbər verir ki, bu barədə Melaniya “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Sevimli anamın vəfatını dərin hüznlə elan edirəm. Amalia Knavs özünü həmişə lütf, hərarət və ləyaqətlə daşıyan güclü qadın idi. O, bütünlüklə ərinə, qızlarına, nəvəsinə və kürəkəninə sadiq idi”, – amerikalı siyasətçi və iş adamının həyat yoldaşı yazıb. O əlavə etdi ki, bütün ailə Knavs üçün darıxacaq və onun irsinə hörmət edəcək.
Havar Şəfiyeva