Meksikanın Xalisko əyalətində bir əyləncə məkanına silahlıların hücumu nəticəsində 6 nəfər həyatını itirib.
Elchi.az xəbər verir ki, Xalisko Əyalət Prokurorluğundan verilən açıqlamada naməlum şəxslərin Teokaltiçe qəsəbəsindəki bir əyləncə məkanına hücum etdiyi bildirilib.
Açıqlamada hücumda 6 nəfərin həyatını itirdiyi, çoxlu sayda yaralının olduğu, hadisə ilə bağlı istintaq başladıldığı bildirilib.
Hücumun dəstələr arasında baş verən qarşıdurma nəticəsində baş verdiyi təxmin edilir.
Xalisko ştatında fəaliyyət göstərən “Jalisco New Generation” narkokarteli ölkənin ən güclü mütəşəkkil cinayətkar təşkilatları sırasındadır.
Nuranə Məmmədova