"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

MEHRİBAN DÜŞMƏN və ya TALEYİN İRONİYASI

13 Aprel 2016 - 17:54
in XƏBƏR LENTİ
FacebookVatsap

qulu_m

MEHRİBAN DÜŞMƏN və ya TALEYİN İRONİYASISosial şəbəkələrdə AzTV rəhbəri və bu qurumun sabiq əməkdaşı Qulu Məhərrəmli arasında yaranmış gərgin münasibətlərə dair səngimək bilməyən xəbərləri oxuyur və təəssüf hissi keçirirəm”.Bu sözləri publisist-yazar, Respublika Jurnalistlər və Yazıçılar birliklərinin üzvü Mirzə Yusif söyləyib.”Düşünürəm: qaşınmayan yerdən qan çıxaran TV professoru, görəsən, heç peşmançılıq hissi keçirirmi?

Bunu da oxuyun

Mərkəzi Bankı kredit ittifaqının lisenziyasını ləğv edib

Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb

Yuqoslaviyanın ilk boşnak müsəlman sədri 100 yaşında vəfat edib

Xəyalıma gətirirəm: axı, bu adam vaxtilə Arif Alışanovla yaxın dost olduğunu hamının gözünə soxur, nümayişkaranə bir tərzdə qürrələnirdi.Amma bunun əvəzində, 10 ilə yaxındır ki, AzTV sədri barədə iyrənc iftiralar yazmaqla başqa məqsədlər güdən Qulu indi qapı-qapı düşərək, cəmiyyətin müxtəlif tanınmış insanlarının vaxtını alır və onları barışıq təklifləri səsləndirməyə sövq edir. Soruşan gərəkdir, Qulunun təhqirlərini eşidəndə, həmin şəxslər niyə bunun yolverilməz olduğunu bəyan etmirdilər, “hörmətli professorlarını” durdurmurdular? Cənablar, artıq qatar gedib. Nece deyərler, qılınc yarası sağalar, söz yarası sağalmaz. İstənilən halda, Qulu səsləndirdiyi iftiralara görə cavab verməli olacaq.

Anlamaq dərdi alır məni: guya, AzTV-nin halına yandıgından bütün dostluq körpülərini minalamaq, ağa qara deməklə mehriban düşmən imici qazanmaq Qulunun nəyinə lazımmış? Yoxsa bu, sadəcə, taleyin ironiyasıdır?!.”

M.Yusifin fikrincə, tərəflər arasında münasibətlərin hansı səbəbdən korlandığını onların özləri hamıdan yaxşı bilir: “Amma unutmayaq ki, TV həyatının bir güzgülük fakturası var və burada baş verənlər ətrafdakıların da diqqətindən yayına bilməz.

Tam səmimiyyətlə deyirəm: belə bir situasiyanın yaranmasını heç istəməzdim. Di gəl ki, ortalıqda bir vicdan məsələsi də var. Şəxsən mən Arif Alışanovun sədrliyə təyinatına Qulu Məhərrəmlinin necə qısqanclıqla yanaşdığının şahidiyəm…

Təfərrüata çox da varmaq istəməzdim, amma bir haşiyə çıxmağı özümə borc bilirəm: Teleradiomuzun mətbu orqanı “Ekran-Efir” qəzetində çalışdığım illərdə baş redaktorumuz, şair Məmməd Aslan ilə (Allah rəhmət eyləsin!) o dönəmdə Maliyyə İdarəsinə rəhbərlik edən Arif Alışanov arasındakı səmimi, xoş münasibətə çoxları qibtə edirdi. Yəqin, insafını tam itirməyibsə, Qulu da təsdiqləyər ki, şəkər xəstəliyindən əziyyət çəkən ağsaqqal söz ustasına Arif müəllim öz maddi və mənəvi köməyini əsirgəmirdi. Məmməd müəllimə lazımi dava-dərmanın, məişət cihazlarının əldə edilməsində Arif müəllimin birbaşa rolunun olduğunu kimlərdənsə yox, məni özünə “bir köynək yaxın bilən” şairin öz dilindən eşitmişdim.

Təəssüf ki, Arif Alışanov sədr təyin olunduqdan sonra aradakı o doğmalıq ögeyləşməyə, isti münasibətlər birdən-birə soyumağa başladı. Bəlkə də, bir qədər qəribə görünəcək: bu gözlənilməz mənzərə Qulu Məhərrəmlinin “xidmətinin” nəticəsiydi. O, “keçmiş dostuna” – yeni sədrə qarşı qısqanclığını cilovlaya bilməyərək Məmməd Aslanı da “məharətlə” (guya, Arif müəllim köhnə dostlarını görmək belə istəmir) öz tərəfinə çəkməyi bacarmışdı…”

M.Yusif məhz Qulu Məhərrəmlinin Arif Aışanova qarşı törətdiyi “soyuq müharibə”ni qızışdıranların da az olmadığını deyir: “Qulunu müdafiə edənlər bir şeyi unudurlar: dünənə kimi, yəni AzTV-nin vəsiqəsini daşıyanacan o, ana televiziyanın fəaliyyətindən, sədr Arif Alışanovun nümunəvi işlərindən KİV-lərdə (bu barədə konkret faktlarla yetərincə danışılıb) bəh-bəhlə söz açırdı. Elə ki bu qurumdan getməyə qərar verdi, dönüb oldu barışmaz televiziya (daha dəqiq desək, AzTV) tənqidçisi. Haqlı, obyektiv iradlara kimin nə sözü ola bilər?! Məsələ burasındadır ki, Qulunun müxtəlif mətbu orqanlarda, elektron KİV-lərdə boy göstərən qeydlərində AzTV-yə, onun rəhbərinə qarşı qərəzi, qisasçılıq hissi açıq-aşkar görünür. Yazıqlar olsun, “qulusevər ekspertlər” də bunu görməzliyə vurur, kor-koranə professora haqq qazandırmağa çalışırlar.

Bu baxımdan mən hamıdan çox jurnalistikamızın ağsaqqalı, şəxsiyyətinə həmişə hörmətlə yanaşdığım, Qulunun və mənim, habelə yüzlərlə bizim kimi media nümayəndəsinin müəllimi olmuş, sözün həqiqi mənasında, professorlar professoru Şirməmməd Hüseynovu qınayıram (unutmayaq ki, uman yerdən küsərlər). Məlum məsələyə Şirməmməd müəllimin də münasibət bildirdiyini eşidəndə əvvəlcə ürəyimdə bir rahatlıq tapdım, mövcud gərginliyin, nəhayət ki, aradan götürüləcəyini düşündüm. Sən demə, möhkəm yanılırammmış. Əsl müdriklik göstərmək, Novruz bayramı ərəfəsində barışdırıcılıq mövqeyi tutmaq əvəzinə,qoca professor ipə-sapa yatmaz dəliqanlı kimi Arif Alışanova qılınc sıyırmaqla hamını heyrətləndirmişdi…

“Qulu Məhərrəmli XXI əsrin jurnalistidir”, “O, görkəmli alim, istedadlı televiziya tənqidçisidir”, “Qulu Məhərrəmlini müdafiə etmək şərəf və ləyaqət məsələsidir” — Şirməmməd müəllimin, digər “Qulusevər simalar”ın təxəyyülünün məhsulu olan belə ifadələrdən çox misal gətirib ovqatınızı korlamaq istəmirəm. Əlbəttə, dostu, həmkarı tərif etmək olar, ta belə – barıtını bu qədər çox eyləməklə, ifrat dozada da yox, axı! Görəsən, bu ziyalı pedaqoqlar Həsən bəy Zərdabidən, Mirzə Cəlildən, Üzeyir bəydən danışanda hansı epitetlərdən, təşbihlərdən istifadə edirlər?!.”

Mirzə Yusif 80-ci illərdən taleyini bağladığı jurnalistikamızda özündən razı, təkəbbürlü adamların olmasına təəssüf etdiyini söyləyir: “Yaradıcı iş sahəsində çalışan şəxs gərək həmişə təvazökarlığı ilə seçilsin, necə deyərlər, başını aşagı salıb öz yazı-pozusuyla məşğul olsun. Qulu Məhərrəmli AzTV-də “Səhər” proqramına rəhbərlik edəndə açıq-aşkar karyeristlik mərəzinə yoluxmuşdu, özünü əvəzolunmaz ideoloq sanırdı. Elə indi də köhnə adətindən əl çəkmir; AzTV sədrini qeyri-peşəkarlıqda ittiham edir. Havadarları da, sanki çoxbilmiş dirijor çubuğu altda onun səsinə səs verirlər. Qəribədir, bu adamlar peşəkarlığı hansı müstəvidə dəyərləndirirlər? Yoxsa, elə düşünürlər ki, peşəkarlığın meyarı yalnız və yalnız müvafiq ali təhsil müəssisəsinin verdiyi diplomdur?

Necə olur görəsən, az qala bütün ömrü AzTV-də keçən, böyük bir kollektivdə sıravi əməkdaşlıqdan sədrlik postuna yüksələn, teleradio idarəçiliyi sahəsində zəngin təcrübəyə malik bir şəxs onların gözünə “qeyri-peşəkar” kimi görünür, amma beş-on nəfərlik bir quruma başçılıq etmiş digəri peşəkarlığın az qala etalonu kimi təqdim olunur? Arif Alışanovun onilliklər boyu ən məsul iş sahələrində bacarıqla çalışması, AzTV-nin Maliyyə İdarəsini yüksək səriştəliklə idarə etməsi onun rəhbər vəzifə üçün əsl peşəkar olmasının göstəricisi deyilmi?!.

Başqa bir örnək: peşəkar televizyonçu daim özünü öyməməli, hərdənbir ətrafındakı həmkarlarının da zəhmətinə dəyər verməli, yaxşı işlərinə qısqanclıqla yanaşmamalıdır. Qulunu jurnalistika tariximizdə böyük istedad sahibi, onun “Səhər”ini ölkə teleməkanında görünməyən proqram kimi “xonçaya qoyub” gözlərə soxmaq heç bir əxlaqa sığmır.”

Analoq.az-ın məlum qalmaqal ilə bağlı:” Sizcə, artıq məhkəmə predmetinə çevrilmiş olay nə ilə nəticələnəcək?” sualına Mirzə Yusifin cavabı belə olub: “Qeyd etdiyim kimi, mən bu hadisənin belə bir məcraya gəlib çatmasını istəməzdim. Amma artıq AzTV sədrinin iddiası əsasında məhkəmə prosesi başlayıb.Yaxşı olar ki, təqsirkar tərəf səmimi etiraf mövqeyi tutaraq üzrxahlıq etsin və hakim bu faktı nəzərə alaraq sərt qərar çıxarmasın…”.  /Analoq.az

Previous Post

MEHRİBAN DÜŞMƏN və ya TALEYİN İRONİYASI

Next Post

Erməni polkovnik 4 əsgərlə birlikdə məhv edilib – Düşmənin etirafı

Bənzər yazılar

Mərkəzi Bankı kredit ittifaqının lisenziyasını ləğv edib

Mərkəzi Bankı kredit ittifaqının lisenziyasını ləğv edib

03 Sentyabr 2026 - 13:30

Azərbaycan Mərkəzi Bankı (AMB) “İşgüzar-Kredit İttifaqı” MMC-nin lisenziyasını ləğv edib. Bu barədə Elchi.az AMB-yə istinadən xəbər verir. Bununla da kredit...

Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb

Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb

03 Sentyabr 2026 - 13:18

ANAMA minaaxtaran itlər üzrə potensialını sürətlə genişləndirib. Elchi.az xəbər verir ki, bunu ABŞ tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatı “Marshall Legacy Institute”...

Yuqoslaviyanın ilk boşnak müsəlman sədri 100 yaşında vəfat edib

Yuqoslaviyanın ilk boşnak müsəlman sədri 100 yaşında vəfat edib

02 Sentyabr 2026 - 22:04

Keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikasının (YSFR) Rəyasət Heyətinin 10-cu sədri Raif Dizdareviç 100 yaşında Sarayevoda vəfat edib. Elchi.az  xəbər verir...

Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib

Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib

02 Sentyabr 2026 - 22:02

Azərbaycanın ilk qadın idman ustası, Əməkdar artist, diktor Züleyxa Hacıyeva vəfat edib. Elchi.az  xəbər verir ki, bu barədə "Azərbaycan Televiziya...

Next Post

Erməni polkovnik 4 əsgərlə birlikdə məhv edilib - Düşmənin etirafı

Erməni polkovnik 4 əsgərlə birlikdə məhv edilib - Düşmənin etirafı

Son xəbərlər

Günəşdə yeni güclü alışmalar gözlənilir

Günəşdə yeni güclü alışmalar gözlənilir

03 Sentyabr 2026 - 14:14
Lavrov Ukraynanın müstəqilliyi haqqında danışdı

Lavrov Ukraynanın müstəqilliyi haqqında danışdı

03 Sentyabr 2026 - 14:00
Planetimiz sürətlə istiləşir – XƏBƏRDARLIQ

Planetimiz sürətlə istiləşir – XƏBƏRDARLIQ

03 Sentyabr 2026 - 13:53
Paşinyan: Əgər Rusiya hərbi bazasını Ermənistandan çıxarmaq qərarına gəlsə, etiraz etməyəcəyik

Paşinyan: Əgər Rusiya hərbi bazasını Ermənistandan çıxarmaq qərarına gəlsə, etiraz etməyəcəyik

03 Sentyabr 2026 - 13:44
Mərkəzi Bankı kredit ittifaqının lisenziyasını ləğv edib

Mərkəzi Bankı kredit ittifaqının lisenziyasını ləğv edib

03 Sentyabr 2026 - 13:30
Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb

Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb

03 Sentyabr 2026 - 13:18
FHN-nin Bakı Regional Mərkəzi mülki müdafiə məşqləri keçirib

FHN-nin Bakı Regional Mərkəzi mülki müdafiə məşqləri keçirib

03 Sentyabr 2026 - 13:09
Putin ABŞ-la təmaslar haqqında bəyanat verdi

Putin ABŞ-la təmaslar haqqında bəyanat verdi

03 Sentyabr 2026 - 13:00
3 uşağı olan ailələrə şad xəbər – müavinət verilə bilər

3 uşağı olan ailələrə şad xəbər – müavinət verilə bilər

03 Sentyabr 2026 - 12:52
Alen Simonyan Azərbaycana gələcək

Alen Simonyan Azərbaycana gələcək

03 Sentyabr 2026 - 12:49
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

03 Sentyabr 2026 - 12:38
Azərbaycanda ərzaq inflyasiyasını 2 ay öncədən göstərən indeks hazırlanıb

Azərbaycanda ərzaq inflyasiyasını 2 ay öncədən göstərən indeks hazırlanıb

03 Sentyabr 2026 - 12:29
FHN-in Muğan Regional Mərkəzi seminar-müşavirə keçirdi

FHN-in Muğan Regional Mərkəzi seminar-müşavirə keçirdi

03 Sentyabr 2026 - 12:21
Premyer Liqada IV turun oyunlarına təyinatları açıqlandı

Premyer Liqada IV turun oyunlarına təyinatları açıqlandı

03 Sentyabr 2026 - 12:10
Azərbaycan və Litva XİN rəhbərləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

Azərbaycan və Litva XİN rəhbərləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

03 Sentyabr 2026 - 11:53
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.