Amerikalı ixtiraçı və milyarder İlon Mask şənbə günü bildirib ki, planeti xilas etmək üçün karbon dioksid emissiyalarını azaltmaq vacibdir, lakin neft və təbii qaz ortamüddətli perspektivdə “şeytanlaşdırılmamalıdır”.
Elchi.az bu barədə Reuters.com-a istinadən xəbər verir.
“İqlim dəyişikliyi ilə bağlı narahatlıq qısa müddətdə çox böyükdür” deyən amerikalı milyarder, ekoloji hərəkatın həddindən artıq irəli getdiyini və insanların gələcəyə inamını itirməsinə səbəb ola biləcəyini söyləyib.
Mask özünü ekoloq hesab etdiyini söyləyib və əlavə edib ki, sənayenin uzunmüddətli perspektivdə yerdən götürdüyü və qalıq yanacaqları yandıraraq atmosferə buraxdığı milyardlarla ton karbonu azaltması vacibdir.
Romada İtaliyanın baş naziri Giorgia Meloninin siyasi partiyasının iclasında çıxış edən Mask deyib: “Orta müddətli perspektivdə neft və qazı demonizasiya etməməliyik”.
Bu həftənin əvvəlində 200-ə yaxın ölkənin nümayəndələri COP28 iqlim sammitində iqlim dəyişikliyinin ən pis təsirlərindən qaçmaq üçün qalıq yanacaq istehlakının qlobal azaldılmasına başlamaq və neft dövrünün başa çatması ilə bağlı razılığa gəliblər.
Yeganə