Mask 2025-ci ildə BUNU planlaşdırır…

122

Dünyanın ilk kommersiya kosmik stansiyasının 2025-ci ildə Vast və İlon Maskın “SpaceX” şirkəti tərəfindən orbitə çıxarılması planlaşdırılır.

Elchi.az Rusiyanın mk.ru saytına istinadən xəbər verir ki, idarə olunan kommersiya kosmik stansiyası iki moduldan – “Haven-1” və daha böyük “Vast-1” modulundan ibarət olacaq.

Stansiyanın ümumi uzunluğu 100 metrə yaxın olacaq. “SpaceX”-in “Crew Dragon” kosmik gəmisindəki dörd astronavtdan ibarət ekipaj stansiyada 30 günə qədər qala biləcək.

“Haven-1” orbitə yenidən “SpaceX”-dən – “Falcon 9”-dan daşıyıcı raket çıxarmalı idi. İlon Maskdan olan kosmik stansiyanın əsas missiyası dünyada ilk süni cazibə qüvvəsinin yaradılması üzrə eksperiment aparmaqdır.

Bu arada, Çin Haynan adasındakı “Wenchang” Kosmik Mərkəzindən “Tianzhou 6” yük gəmisini daşıyan “Long March 7” raketini buraxıb. O, Çin orbital stansiyasına doğru istiqamət götürəcək.

22 dekabr 2020-ci il tarixində isə Çin “Falcon 9” üçün rəqibini sınaqdan keçirdi. Bunlar çox məqsədli raketə çevriləcək “Changzheng-8” raketləridir. Daşıyıcı geri qaytarıla bilən birinci mərhələ alacaq və ildə 10-20 uçuş həyata keçirə biləcək. Yeni raketin hündürlüyü 50 metr, buraxılış çəkisi isə 356 tondur. Altı mühərrik yanacaq kimi kerosin və hidrogendən, oksidləşdirici kimi isə maye oksigendən istifadə edir.

Yeganə