Mariupoldakı bütün yaşayış binalarının üç il ərzində bərpası planlaşdırılır. Elchi.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Marat Xusnullin deyib.
Mariupolda bərpa edilmiş obyektlərə baxış zamanı baş nazirin müavini qeyd edib ki, qeyd olunan müddət ərzində zərər çəkmiş bütün hündürmərtəbəli binaların normal vəziyyətə gətirilməsi planlaşdırılır.
Xüsusilə, onun sözlərinə görə, vəzifə böyük zavod və müəssisələrin işə salınmasıdır. Baş nazirin müavini vurğulayıb ki, onların işləməsi, mütəxəssislərə maaş verilməsi şəhərin inkişafına təsir göstərir.
Bundan əvvəl Xusnullin bildirib ki, hücumdan sonra Krım körpüsünün bərpası üç həftəyə qədər vaxt aparacaq. Geniş miqyaslı dağıntılar səbəbindən Kerç istiqamətində olan keçid hissələrindən biri sökülməli olsa da, körpünün bütün dayaqları toxunulmazdır. Baş nazirin müavininin sözlərinə görə, Krım körpüsünün bərpası üçün əsas texnologiya müəyyən edilib və bütün layihəçilər işə başlayıb.
Havar Şəfiyeva