İndoneziyanın Sumatra adasının qərbindəki Marapi vulkanının püskürməsi nəticəsində həyatını itirənlərin sayı 22-yə yüksəlib.
Elchi.az xəbər verir ki, İndoneziyanın Qərbi Sumatra əyalətinin Axtarış və Xilasetmə İdarəsinin rəhbəri Əbdül Malik verdiyi açıqlamada itkin düşən 12 alpinistdən 11-nin cəsədinin tapıldığını bildirib.
Beləliklə, dekabrın 3-dən vulkanda baş verən partlayışlar və aktivlik nəticəsində həyatını itirənlərin sayı 22-yə yüksəlib.
Nuranə Məmmədova