Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun imzasının əks olunduğu yenilənmiş 1 manatlıq kağız pul nişanları bu gündən tədavülə buraxılıb.
Qurumdan Elchi.az-a verilən məlumata görə, imza banknotun ön tərəfindən sol yuxarı küncdə təsvir edilmişdir. Həmçinin kağız pul nişanının üzərində “2023” istehsal ili əks etdirilib.
Yenilənmiş 1 manatlığın digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı kağız pul nişanına müvafiq olaraq saxlanılıb.
Yeni pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq.
“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb
Azərbaycanın neft sənayesinin əsas simvollarından biri olan “Çıraq” platformasından indiyədək 108 milyon tona yaxın neft hasil edilib. Elchi.az xəbər verir...





















Son şərhlər