Makron və Ərdoğan Balidə görüşüb

43

İndoneziyanın Bali adasında G20 çərçivəsində Fransa Prezidenti Emmanuel Makronla Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib.

Elchi.az Armenpress-ə istinadən xəbər verir ki, görüş zamanı E.Makron İstanbulun İstiqlal küçəsində baş verən partlayış nəticəsində həlak olanlarla bağlı Türkiyə Prezidentinə başsağlığı verib.

Görüşdə Türkiyə-Fransa münasibətləri və regional məsələlər, müdafiə, enerji və ticarət sahələrində qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.

Gərgin səylərdən sonra taxıl dəhlizinin yenidən işə başladığını qeyd edən Ərdoğan sazişin davam etdirilməsinə Avropa İttifaqının da töhfə verməli olduğunu qeyd edib.

Görüşdə Türkiyə-Yunanıstan münasibətlərindəki mövcud vəziyyət də müzakirə olunub.

Yeganə