Fransa prezidenti Emmanuel Makron Parisdə keçirilən Ukraynaya dəstək konfransından sonra çıxışında bildirib ki, Qərb ölkələri arasında Ukraynaya qoşun yeridilməsi ilə bağlı konsensus yoxdur, lakin heç nəyə məhəl qoyulmamalıdır.
Elchi.az xəbər verir ki, Ukrayna ordusu şərq cəbhə xəttində geriləmə yaşadıqdan və sursat çatışmazlığından şikayətləndikdən sonra Fransanın paytaxtı Parisdə 27 ölkənin iştirakı ilə “Ukraynaya dəstək konfransı” keçirilib.
Konfransdan sonra çıxış edən Fransa prezidenti Emmanuel Makron, “Biz Rusiyanın məğlubiyyətinin Avropanın təhlükəsizliyi və sabitliyi üçün zəruri olduğuna inanırıq. Rusiya bu müharibədə qalib gəlməyəcək. O, yeganə hücumçudur. Bu müharibəni başlayan yeganə ölkədir. Rusiya indi həm ənənəvi, həm də hibrid müharibə vasitəsilə öz təhlükəsizliyimizə açıq şəkildə təsir göstərir. Biz rus xalqı ilə müharibə aparmırıq. “Biz sadəcə onların qalib gəlməsinə imkan vermək istəmirik” dedi.
Şayəstə Hüseynova