Fransa prezidenti Emmanuel Makron Qəzza zolağında atəşkəsə çağırıb və bunu Yaxın Şərq münaqişəsinin yeganə həlli hesab edib.
Elchi.az bu barədə BBC.com-a istinadən bildirir.
O, qeyd edib ki, İsrail özünü müdafiə etmək və hücumlara cavab vermək hüququna malikdir, eyni zamanda İsrailin müharibə qaydalarına və beynəlxalq humanitar hüquqa riayət etməli olduğunu bildirib.
Makron əlavə edib ki, digər dünya liderlərinin də onun atəşkəs çağırışına qoşulacağına ümid edir.
“Biz ağrıları bölüşürük və həqiqətən də terrordan xilas olmaq arzusunu paylaşırıq. Biz Fransada terrorun nə demək olduğunu bilirik. Amma düşünürəm ki, mülki şəxslərə qarşı hücumlara haqq qazandırmaq üçün heç bir əsas yoxdur”, – deyə Makron cümə günü Yelisey sarayından BBC-yə müsahibəsində deyib.
Yeganə