Madriddə 30 mindən çox etirazçı küçələrə axışdı

43

Bu gün İspaniyanın paytaxtı Madriddə 30 mindən artıq insan hökumətə qarşı etiraz aksiyası keçirib.

Elchi.az xəbər verir ki, mitinq şəhər meriyasının yerləşdiyi Sibeles meydanından başlayıb. Aksiya iştirakçıları “Sançes – istefa!” və “Sançes – həbsxana!” şüarlarını səsləndirərək, hökuməti və hazırkı Baş nazir Pedro Sançesi istefaya çağırıblar.

Aksiyanın təşkilatçıları “demokratiyanı, Konstitusiyanı, azad və qanun qarşısında bərabər vətəndaşlardan ibarət İspaniyanı müdafiə etməyə” çağıran manifest səsləndiriblər.