Məxfilik qanununun pozulmasına görə Meta-ya 414 milyon dollarlıq CƏRİMƏ

44

İrlandiyanın məlumat tənzimləyicisi “Facebook” və “İnstagram” tərəfindən hədəflənən reklamların Avropa İttifaqı (Aİ) məxfilik qanununu pozduğunu müəyyən edib.

Elchi.az Türkiyə mətbuatına istinadən bildirir ki, “Meta” 414 milyon dollar cərimələnib.

“Facebook”-un ana şirkəti “Met”a reklam məqsədləri üçün “Facebook” və “İnstagram” istifadəçilərinin onlayn fəaliyyətini izlədiyinə görə, İrlandiya məlumat tənzimləyicisi tərəfindən 414 milyon dollar cərimələnib.

Çərşənbə günü cərimə Dublinin “Meta”-ya tətbiq etdiyi ümumi cərimələri bir ildən çox müddət ərzində 1,3 milyard dollardan bir qədər çox edir.

Dublində yerləşən Məlumatların Mühafizəsi Komissiyası (DPC) öz saytında elan edib ki, “Meta” “Facebook”-la bağlı pozuntulara görə, 222,5 milyon dollar, “İnstagram”-la bağlı pozuntulara görə isə 191 milyon dollar cərimələnəcək.

Qeyd edək ki, “Meta”-ya məxsus “WhatsApp” mesajlaşma xidməti ilə bağlı ayrıca araşdırma hələ də davam edir.

Yeganə