Rusiyanın və dünyanın tanınmış opera müğənnisi Lyubov Kazarnovskaya Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib.
Lyubov Kazarnovskaya səfəri zamanı Xankəndidə Sayat Nova adına musiqi kollecində master-klass keçir və konsert verir.
Qeyd edək ki, Lyubov Kazarnovskaya dünyanın əsas opera mərkəzləri olan “Covent Garden”, “Metropolitan Opera”, “Lyric Chicago”, “San Francisco Opera”, “Wiener Staatsoper”, “Teatro Colon”, “Houston Grand Opera”da çıxış edib.
Onu da xatırladaq ki, bundan öncə İspaniyanın populyar opera müğənnisi Monserat Kobalye də Qarabağda olub. (modern.az)
Oktyabrın 1-də Yeni Azərbaycan Partiyasının VIII qurultayının nümayəndələri Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, YAP-ın yaradıcısı, Ümummilli Lider Heydər...
Xocavənd rayonunda “Birliyin Gücü – 2026” birgə hərbi təlimi keçirilir. Elchi.az xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr...
Son şərhlər