Mərakeş zəlzələdən sonra zamanla yarışır!

83

Ötən cümə günü Mərakeşdə baş verən 7 bal gücündə dağıdıcı zəlzələnin sayı getdikcə pisləşir.
Elchi.az xəbər verir ki, ölkədə son 60 ildə görülən ən ölümcül zəlzələdə ölənlərin sayı 2 min 901-ə, yaralıların sayı isə 5 min 530-a yüksəlib.
Ölkə sözün əsl mənasında zamanla yarışır.Mərakeş Qızıl Aypara Cəmiyyəti və beynəlxalq təşkilatların dəstəyi ilə həyata keçirilən fövqəladə hallara cavab tədbirləri episentri Mərakeş şəhərinin Əl-Huz olduğu zəlzələdən zərər çəkmiş bölgələrdə davam edir. Bəzi qruplar dağılmış bina və tikililər arasında yalın əlləri ilə axtarış-xilasetmə işləri aparmağa çalışır.
Bir çox ölkə Mərakeşə yardım qrupları göndərsə də, zamana qarşı yarış davam edir. Ölənlərin sayının arta biləcəyi bildirilir. Səlahiyyətlilər xəstəxanada olan çoxlu sayda yaralı üçün qan bağışlamağa çağırır. Mərakeş ordusu tərəfindən Əl-Huz bölgəsində yaradılmış tam təchiz olunmuş hərbi səhra xəstəxanası əhaliyə xidmət göstərir. Zəlzələlər davam edir.

Şayəstə Hüseynova