"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result

“Mən heç böyümədim…” – 40 yaşlı Anar Yusifoğlu

20 Oktyabr 2014 - 11:27
in Kateqoriyasız
FacebookVatsap

Bu gün tanınmış telejurnalist, İTV-nin keçmiş departament müdiri, bir neçə iri telelayihələrin rəhbəri Anar Yusifoğlunun 40 yaşı tamam olur.
Belə bir gündə o, özülə bağlı facebookda maraqlı status yazıb. Elchi.az AzNews.az-a istinadən həmin statusu təqdim edir:

Bunu da oxuyun

Azərbaycandan Gürcüstana 22 mindən çox dərslik göndərilib

Media və Yayım Şurasına sədr və üzvlər təyin edildi

“Qarabağ” azarkeşləri üçün məyusedici xəbər…

554_9gm48t9tzggfg“20 oktyabrı gətirən gecələrdən ilk olaraq hansına hesabat verdiyimi xatırlamıram. Hər halda, özümü tanımağa cəhd etdiyim yeniyetməlik dövrünə qədər uzanıb gedən illərin o tayında olmalıdır.
Deyəsən, gecələrlə ilk ünsiyyətim də o vaxtdan başladı. Ürəyimdəkiləri ona dedim, üzümü ona tutdum… Aradan bu qədər illər keçdi, bir dəfə də olsun, məni ələ vermədi; həmişə qatı qaranlığa bürüdü etiraflarımı, canına çəkdi.

Artıq adətkərdədir, indi də qulaqlarını şəkləyib lal-dinməz, heç bir irad demədən etiraflarımı dinləyir:
Yaman dəymədüşərəm, çox tez inciyirəm, havadan nəm çəkirəm.
Ancaq küslülüyümün ömrü üç gündür: hər şeyi gecəyə danışıb, ürəyimi boşaldıram, oluram azad – unuduram küsünü, heç nə olmamış kimi, «üç gün əvvəldən» başlayıb, yola davam edirəm.
Dostlar, «Sən lap uşaqsan ki» — deyib, gülürlər mənə.
Həqiqəti deyirlər, çünki mən heç böyümədim, həmişəlik uşaq qaldım – içimdə bir uşaq cığallığı, uşaq sərgüzəşti daşıyıram: yenə gecələrdən möcüzə gözləyirəm, yenə xəyallar qururam, yenə sözümün canını gecənin qaranlığına yazıram…
Amma boy-buxunum əməlli-başlı böyüyüb, yamanca kökəlmişəm: bu köklük, böyüklük içimdə daşıdıqlarımla (elə yaşımla da) tərsmütənasibdir.
Özümlə bacara bilmirəm. Hər günüm dietadır — səhərdən axşama qədər; axşam dieta pozulur — düz gecəyə qədər və gecə bir də sabahkı dieta ilə bağlı vədələşirəm özümlə.
Yox, prinsiplərimi pozan deyiləm (deyəsən, özümü müdafiəm işə düşdü), prinsipiallığım da var, sözü üzə deməyim də. Bəzən qarşımdakı haqqında rəyimi açıq şəkildə dilə gətirdiyimə görə mənə uşaq… demirlər, «qırmızı adamsan»deyirlər.

Xırdaçı olmağımdan özüm də bezirəm; hansısa məqamda dərinə getməyim səhəri dirigözlü açmağım deməkdir. Sanki cəza çəkirəm: üzülürəm, özümə əsəbiləşirəm… Günün, ayın, ömrün ən xırda, heç kimə heç nə verməyən anı yaddaşımın hansısa qatında ilişib, bəzən illərdən sonra oyanır, şirin yuxularıma haram qatır.
Domino – asudə vaxtımın canını alan məşğələmdir. İşdən-gücdən fürsət edəndə, istirahəti domino ilə edirəm. Uduzdumsa, vay «rəqiblərin» halına, bircə gülüşləri «üç günlük küsümün» əsasını qoyur; uddumsa, yenə vay «rəqiblərimin» halına – güldükcə gülür, dostları əməllicə söz oyununa qonaq edir, rəqiblərimin bir-birində səhv axtarmasına «şərait» yaradır, sonra buna da gülürəm… Mənim kimi cığal oyunçu heç vaxt ağlınıza gəlməz… )))

Hə, bir də yaman kövrəyəm. Bəzən bir mahnının sözündən, bəzən bir filmin təsirindən bahar leysanına dönür gözlərim.
Yəqin ona görə gözümdə və ürəyimdə həmişə ağırlıq hiss edirəm: bu ağırlığın səbəbi gözümdə və ürəyimdə SƏNİ gəzdirməyim olmasın gərək…
Ətrafımı incitməkdən qorxa-qorxa ətrafımı incitdiyimin fərqindəyəm. Amma bir şeydən əminəm, özümü incitdiyim qədər kimsəni incitmədim!

…Hə, bu gecəylə də beləcə danışdıq; inanıram ki, kimsəyə deməz etiraflarımı.
Sabah… yox, bu gün artıq 20 oktyabrdır, daha bir ilin kürəyini yerə vurdum.
Bu illərdə itirdiklərim o qədərdir ki… Ancaq qazandıqlarım da var.

Sabah… yox, artıq bu gün səhərdən qazandıqlarımın zənglərini, təbriklərini qəbul edirəm.
Bilmirəm, bu təbriklərdən sevinim, yoxsa Sona bir il də yaxınlaşdığıma görə kədərlənim…”

AzNews.az olaraq dəyərli həmkarımızın yubiley yaşını təbrik edirik, uğurlar arzulayırıq. Anar Yusifoğlu harada olursa-olsun, orda söz SÖZ böyük olub, özündən də böyük…
Elə o böyük SÖZ də bu gün yubilyarımızı qoruyur və qoruyacağına əminik.

Previous Post

“Mən heç böyümədim…” – 40 yaşlı Anar Yusifoğlu

Next Post

Çılpaq rəssam hamının gözü önündə qulağını kəsdi

Bənzər yazılar

Azərbaycandan Gürcüstana 22 mindən çox dərslik göndərilib

Azərbaycandan Gürcüstana 22 mindən çox dərslik göndərilib

08 Sentyabr 2026 - 14:44

Elm və Təhsil Nazirliyi Gürcüstanın azərbaycandilli ümumtəhsil məktəblərinə 2026-2027-ci tədris ili üçün dərsliklər göndərib. Elchi.az xəbər verir ki, 18 adda...

Media və Yayım Şurasına sədr və üzvlər təyin edildi

Media və Yayım Şurasına sədr və üzvlər təyin edildi

08 Sentyabr 2026 - 14:33

Azərbaycan Respublikası Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı...

“Qarabağ” azarkeşləri üçün məyusedici xəbər…

“Qarabağ” azarkeşləri üçün məyusedici xəbər…

08 Sentyabr 2026 - 14:30

Heyətini yeniləyən və bu mövsüm də çempionluq üçün mübarizə aparan "Qarabağ"ın iki futbolçusu ilə bağlı yeni xəbər var. Elchi.az Qol.az-a...

Şagirdlərin 45 faizi kitablar çatışmayan məktəblərdə oxuyur

Şagirdlərin 45 faizi kitablar çatışmayan məktəblərdə oxuyur

08 Sentyabr 2026 - 14:14

Azərbaycanda şagirdlərin təxminən yarısı dərslik, informasiya texnologiyaları avadanlığı, kitabxana və laboratoriya materiallarının çatışmadığı məktəblərdə təhsil alır. Elchi.az xəbər verir ki,...

Next Post

Çılpaq rəssam hamının gözü önündə qulağını kəsdi

Çılpaq rəssam hamının gözü önündə qulağını kəsdi

Son xəbərlər

Azərbaycandan Gürcüstana 22 mindən çox dərslik göndərilib

Azərbaycandan Gürcüstana 22 mindən çox dərslik göndərilib

08 Sentyabr 2026 - 14:44
Media və Yayım Şurasına sədr və üzvlər təyin edildi

Media və Yayım Şurasına sədr və üzvlər təyin edildi

08 Sentyabr 2026 - 14:33
“Qarabağ” azarkeşləri üçün məyusedici xəbər…

“Qarabağ” azarkeşləri üçün məyusedici xəbər…

08 Sentyabr 2026 - 14:30
Şagirdlərin 45 faizi kitablar çatışmayan məktəblərdə oxuyur

Şagirdlərin 45 faizi kitablar çatışmayan məktəblərdə oxuyur

08 Sentyabr 2026 - 14:14
Dərsliklər üzərində işləyirik – Nazir

Dərsliklər üzərində işləyirik – Nazir

08 Sentyabr 2026 - 14:07
“Rusiyanın de-dollarizasiya siyasəti yürütmək niyyəti yoxdur” – Peskov 

“Rusiyanın de-dollarizasiya siyasəti yürütmək niyyəti yoxdur” – Peskov 

08 Sentyabr 2026 - 14:00
Məktəblilərin əksəriyyəti dərsdən yayınır – RƏQƏMLƏR

Məktəblilərin əksəriyyəti dərsdən yayınır – RƏQƏMLƏR

08 Sentyabr 2026 - 13:52
DİM sədri 2027-ci ilin imtanlarındakı dəyişiklikləri AÇIQLADI

DİM sədri 2027-ci ilin imtanlarındakı dəyişiklikləri AÇIQLADI

08 Sentyabr 2026 - 13:43
44 günlük müharibədə ölənlərin yeni sayı AÇIQLANDI

44 günlük müharibədə ölənlərin yeni sayı AÇIQLANDI

08 Sentyabr 2026 - 13:30
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib – FOTO

Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib – FOTO

08 Sentyabr 2026 - 13:18
Vətən müharibəsindən sonra 438 nəfər minaya düşüb

Vətən müharibəsindən sonra 438 nəfər minaya düşüb

08 Sentyabr 2026 - 13:09
Aİ Qrenlandiyaya 200 milyon avro sərmayə qoyur

Aİ Qrenlandiyaya 200 milyon avro sərmayə qoyur

08 Sentyabr 2026 - 13:00
AFFA 4 klubu cərimələdi

AFFA 4 klubu cərimələdi

08 Sentyabr 2026 - 12:51
YAP-ın VIII Qurultayına hazırlıq başlayıb

YAP-ın VIII Qurultayına hazırlıq başlayıb

08 Sentyabr 2026 - 12:45
Sabah bəzi yerlərdə leysan yağacaq, şimşək çaxacaq

Sabah bəzi yerlərdə leysan yağacaq, şimşək çaxacaq

08 Sentyabr 2026 - 12:37
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.