“Mən arvad hesabına dolanıram” – Nemət Pənahlıdan ETİRAF – VİDEO

33

Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı TV Müsavat-ın canlı efirində aparıcı Sevinc Telmanqızının qonağı olub.

Elchi.az Musavat.com-a istinadən xəbər verir ki, Nemət Pənahlı Sevinc Telmanqızının “Necə dolanırsınız?” sualına belə cavab verib:

“Yoldaşım məktəbi qırmızı attestatla, universiteti qırmızı diplomla bitirib. Onu Nemət Pənahlının yoldaşı olduğu üçün işə götürmədilər. Amma yüksək səviyyədə əl qabliyyəti var. Hicablı bir rəfiqəsinin gəlinliyini bəzədi, ondan sonra hicablı gəlinlər bəzənmək üçün kütləvi şəkildə gəldilər yoldaşımın yanına. Həcər xanım ondan sonra başladı bu işlə məşğul olmağa. Bu, bizim yeganə dolanışıq mənbəyimizdir”.

Ətraflı videoda: