"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Məhərrəm Məmmədyarov vəfat etdi

02 Yanvar 2022 - 16:04
in CƏMİYYƏT
FacebookVatsap

Görkəmli alim, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenli, Neft-Kimya Prosesləri İnstitutunun Sintetik yağların sintez və texnologiyaları laboratoriyasının rəhbəri, akademik Məhərrəm Məmmədyarov 98 yaşında vəfat edib.

Bunu da oxuyun

Sabah Bakıda və bir neçə rayonda işıq kəsiləcək

Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Allahşükür Paşazadə Prezident İlham Əliyevə təşəkkür edib

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası məlumat yayıb.

Məhərrəm Məmmədyarov eyni zamanda sabiq xarici işlər naziri Elmar Məmmədyarovun atasıdır.

Məmmədyarov Məhərrəm Əli oğlu 1924-cü il oktyabrın 17-də Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur. 1932-ci ildə Yaycı kəndinin 7 illik məktəbinə daxil olmuş və oranı 1939-cu ildə bitirmişdir. 1939-1941-ci illərdə Naxçıvan Pedaqoji Texnikumunun tələbəsi olmuş, 1941-1942-ci illərdə Culfa rayonunda ibtidai sinif müəllimi vəzifəsində çalışmışdır. 1943-1944-ci illərdə İkinci Dünya müharibəsi cəbhələrində vuruşmuş, bir sıra orden və medallarla təltif olunmuşdur. O, 1944-cü ildə ağır yaralanmış, hospitalda müalicədən sonra ordu sıralarından tərxis olunmuşdur.

M.Məmmədyarov 1949-cu ildə ali məktəbi bitirdikdən sonra Leninqrad Kimya-Texnologiya İnstitutunun aspiranturasına qəbul olunmuş və 1953-cü ildə “Formaldehidin, dəri kollageninin amin turşuları ilə qarşılıqlı əlaqəsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etdikdən sonra Azərbaycan EA-nın Kimya İnstitutunda elmi katib və baş elmi işçi vəzifələrində çalışmışdır. 1955-ci ildə o, Moskvaya, SSRİ EA-nın N.Zelinski adına Üzvi Kimya İnstitutuna elmi ezamiyyətə göndərilmiş, orada SSRİ EA-nın müxbir üzvü M.F.Şostakovskinin rəhbərliyi altında vinil efirlərinin sintezi və çevrilməsi sahəsində elmi tədqiqatlar aparmışdır.

1959-cu ildə Yusif Məmmədəliyevin dəvəti ilə M.Məmmədyarov Bakıya qayıtmış və Azərbaycan EA-nın Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) baş elmi işçi vəzifəsində çalışmışdır.

60-cı illərdə texnikanın intensiv inkişafı, ilk növbədə hərbi sahədə olan təlabat sürtkü materiallarına olan tələbləri daha da gücləndirmişdir. Qeyd etmək lazımdır ki, o zamanlar neft yağları, bir çox hallarda, bu tələblərə cavab vermədiyindən, kimyəvi sintez yolu ilə yeni sürtgü yağları növlərinin yaradılması zərurəti ortaya çıxmışdı. Bununla əlaqədar olaraq, dünyanın bir çox ölkələrində, o cümlədən keçmiş SSRİ-də yüksək keyfıyyətli sintetik yağların alınması sahəsində intensiv tədqiqatlar aparılırdı və bunları nəzərə alaraq Azərbaycan EA Y.H.Məmmədəliyev adına NKPİ-də 1969-cu ildə Sintetik yağların kimyası və texnologiyası laboratoriyası təşkil olunmuş və üzvi kimya sahəsində tanınan alim M.Məmmədyarov qeyd edilən laboratoriyaya rəhbər seçilmişdir. Həmin ildən vəfatına kimi Neft-Kimya Prosesləri İnstitutunda Sintetik yağların sintez və texnologiyaları laboratoriyasının rəhbəri işləmişdir.

1970-ci ildə “C2-C4 olefinlərinin yüksək temperaturda “qaynar təbəqə”li xlorlaşdırılması reaksiyasının və alınmış xlorolefinlərin bəzi çevrilmələrinin tədqiqi” mövzusunda dissertasiya işini müdafiə etmiş və “Neft-kimyası” ixtisası üzrə kimya elmləri doktoru elmi dərəcəsini, 1971-ci ildə isə professor elmi adını almışdır. 1989-cu ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilmişdir.

Uzun illər ərzində aparılmış fundamental tədqiqatlar nəticəsində M.Məmmədyarov tərəfindən istiqamətləndirilmiş sintez yolu ilə molekulun kimyəvi quruluşu, fəza konformasiyası ilə onun reoloji xassələri arasındakı asılılıq nəzərə alınmaqla 3 növ sintetik yağların əsası işlənib hazırlanmışdır. Bunlar norbornen sırası efirləri, tsiklik neopoliolların efirləri və vitsinal dikarbon turşularının efırlərindən ibarətdir ki, onlar da unikal aşağı temperatur – reoloji xassələrə malikdirlər ki, bu da müasir və perspektiv xüsusi texnika üçün çox vacibdir. Yeni sintetik yağlar bir sıra istismar parametrlərinə görə xaricdə və keçmiş SSRİ-də istehsal olunan nümunəvi analoqlarından geri qalmadığından, təklif olunan yağlar keçmiş SSRİ-nin bir sıra ixtisaslaşmış mərkəzlərində (əsasən Moskva və Leninqrad) laboratoriya və stend sınaqlarından müvəffəqiyyətlə keçmiş və yüksək temperatura davamlı plastik yağlayıcı kütlənin dispers mühiti kimi və eləcə də vahid mühərrik – transmissiya yağlarına kompozisiya kimi, yüksək təzyiq altında polietilen istehsalında işlənən xarici “Ondina” yağını əvəz edən yağ kimi, zaman göstəricisi olan cihazlar üçün effektiv yağlar kimi tövsiyə olunmuşdur.

Alim 1973-1979-cu illərdə Naxçıvan Elmi Mərkəzinin təşkilatçısı və rəhbəri olmuşdur. Bu illər ərzində Muxtar Respublikanın təbii sərvətlərindən istifadə yollarını müəyyən etmək sahəsində ciddi axtarışlar aparılmışdır.

Akademik M.Məmmədyarov tərəfindən elmi işçilərin, həmçinin aspirantların Bakı, Moskva və Leninqrad şəhərlərinin aparıcı elmi müəssisələrinə ezam edilməsi praktikası geniş tətbiq edilmiş, onlardan bir çoxu sonralar namizədlik və doktorluq dissertasiyalarını müvəffəqiyyətlə müdafiə etmişlər. Bütün bunlar ona gətirib çıxarmışdır ki, 80-ci illərin sonlarında Naxçıvan Elmi Mərkəzi regional əhəmiyyətli problemlərin fundamental və praktiki aspektləri ilə bağlı olan məsələləri həll etməyə qabil olan yaradıcı bir kollektivə çevrilmişdir. Ən mühüm nəticələr sırasına Darıdağ termal su mənbəyinin təbii karbon dioksid qazından sənaye miqyasında istifadə texnologiyasının işlənib hazırlanmasını aid etmək olar. Bu işə görə bir qrup müəlliflər, o cümlədən M.Məmmədyarov 1980-cı ildə Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüşdür.

Aparılan elmi işlərin səviyyəsi və region üçün praktiki əhəmiyyəti 1980-ci ildə Muxtar Respublikada Elmlər Akademiyasının filialının yaranmasına əsas vermişdir.

80-cı illərdə biotexnologiya elminin intensiv inkişafını və onun üzvi kimya ilə bilavasitə əlaqəsini nəzərə alaraq Azərbaycan MEA Rəyasət Heyətinin qərarı ilə 1981-ci ildə M.Məmmədyarov MEA-nın Mikrobiologiya bölməsinə (indiki Mikrobiologiya İnstitutu) rəhbər təyin edilmiş, bu illər ərzində onun rəhbərliyi altında neft mikrobiologiyası və biotexnologiyası, mikrob mənşəli səthi-aktiv maddələrin alınması sahəsində bir çox mühüm nəticələr əldə edilmişdir.

Alimin təşəbbüsü ilə sektorun tədqiqat istiqaməti, o vaxtlar respublikada mikrobioloji sintez məhsulları istehsalının tamamilə olmadığı şəraitdə regional əhəmiyyətli mikrobioloji məsələlərin həllinə yönəldilmişdir.

Neft mikrobiologiyası sahəsində M.Məmmədyarovun rəhbərliyi ilə ilk dəfə neft laylarında mikrobioloji proseslərin modelləşdirilməsi həyata keçirilir ki, bu da müəyyən qrup mikroorqanizmlərin metabolik prosesləri nəticəsində laylardan neftin sıxışdırılmaqla, laylarda neftin hasilatını artırmaq üçün yeni yolların axtarılıb tapılmasına gətirib çıxarır. Alınmış nəticə mədən şəraitində sınaqdan keçirilmiş və “Azneft” İB tərəfindən tətbiq üçün qəbul edilmişdir. Bununla yanaşı, Abşeronun neftlə çirklənmiş torpaqlarından ayrılmış aktiv ştammların içərisində kultural məhlulların səthi gərilməsini 3 dəfə aşağı salan ştammlar müəyyən edilmişdir ki, bu da həmin məhlullardan ağır neft qalıqlarını yumaq üçün detergent kimi istifadə olunmasını təmin etmişdir.

Abşeronun neftlə çirklənmiş torpaqlarının biologiyasının tədqiqi akademik M.Məmmədyarova torpaqların öz-özünü təmizləməsi prosesini intensivləşdirmək məqsədilə mikroorqanizmlərin biogeokimyəvi fəaliyyətinin tənzimlənməsinin elmi əsaslarının işlənib hazırlamasına imkan verdi. Onun tərəfindən neftlə çirklənmiş torpaqların bərpası üçün təklif olunmuş üsul keçmiş SSRİ-nin Xalq Təsərrüfatının Nailiyyətləri Sərgisinin gümüş və bürünc medalına layiq görülmüşdür.

M.Məmmədyarov 1986-ci ildə Çexoslovakiyada keçirilən beynəlxalq sərgidə müxtəlif fizioloji aktiv maddələrlə zəngin olan yem əlavələrinin alınmasının tullantısız biotexnologiyasının yaradılmasına görə birinci dərəcəli diploma və qızıl medala layiq görülmüşdür.

Aparılan elmi işlərin ölkəmiz üçün praktiki əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti 1994-cü ildə Mikrobiologiya bölməsinə institut statusunun verilməsi haqda sərəncam verdi. Həmin ildə alternativ müsabiqə əsasında aparılan seçkilərdə M.Ə.Məmmədyarov institutun ilk direktoru vəzifəsinə seçilmişdir.

Alimin elmi tədqiqatlarının nəticələri 5 monoqrafıyada, 500-ə qədər elmi məqalədə və 60-dan artıq ixtirada öz əksini tapmışdır. M.Məmmədyarov 6 elmlər doktoru və 21 elmlər namizədi yetişdirmişdir.

Akademik M.Məmmədyarovun yaradıcılığında elmi-təşkilatçılıq fəaliyyəti əhəmiyyətli yer tutur. O, 1975-1980-ci illərdə zərif üzvi sintez üzrə SSRİ EA-nın Elmi Şurasının üzvü, 1975-1980-ci illərdə Naxçıvan MR üzrə “Bilik” cəmiyyətinin sədri, ümumittifaq “Bilik” cəmiyyətinin təftiş komissiyasının üzvü, respublika “Bilik” cəmiyyətinin kimya və biologiya elmlərinin təbliği şöbəsinin sədr müavini, 1992-1993-cü illərdə “Neft kimyası” ixtisası üzrə namizədlik və doktorluq elmi dərəcələrinin verilməsi üzrə Y.H.Məmmədəliyev adına NKPİ-də İxtisaslaşmış Şuranın sədri (hazırda İxtisaslaşmış Şuranın üzvüdür) vəzifələrində çalışmışdır.

M.Məmmədyarov dəfələrlə elmi məruzələrlə beynəlxalq, ümumittifaq və respublika səviyyəli konfranslarda çıxış edərək, elmin müxtəlif sahələrinə – ümumi və tətbiqi kimya, neft kimyası, kataliz, polimerlər, epoksid birləşmələri, ümumi biotexnologiya, kimya və neftkimya biotexnologiyasına aid maraqlı məlumatlar vermiş, ölkəmizi müxtəlif yığıncaqlarda, simpoziumlarda, qurultaylarda, Moskva, Leninqrad, Kiyev, Minsk, Riqa, Tbilisi, Alma-Ata, Düşənbə, Daşkənd və s. şəhərlərdə layiqincə təmsil etmişdir.

M.Məmmədyarov elmi-tədqiqat işləri ilə tanışlıq və təcrübə mübadiləsi məqsədi ilə bir sıra xarici ölkələrdə (Rusiya, Misir, Çexoslovakiya, Rumıniya, Meksika, Türkiyə, Fransa) elmi ezamiyyətdə olmuşdur.

Alim Azərbaycan SSR Dövlət Mükafatı Laureatı (1980), SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə faşist-alman işğalçıları ilə mübarizədə göstərdikləri cəsarət, möhkəmlik, şücaətə görə və 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində sovet xalqının qələbəsinin 40 illiyi şərəfinə “I dərəcəli Vətən Müharibəsi” ordeni (1985), ətraf mühitin qorunması və təbiətdən istifadə problemləri sahəsində keçirilmiş baxış-müsabiqənin ən yaxşı işinin qalibi kimi respublika elmi-iqtisadi cəmiyyətinin İdarə Heyətinin Fəxri fərmanı (1987), “SSRİ-nın Silahlı Qüvvələrinin 70 ili” medalı (1988), Y.H.Məmmədəliyev adına medal (1995), Azərbaycan Respublikasının “Şöhrət” ordeni (2005), İslam Ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatının “Elm və texnologiya” mükafatı (2006), Azərbaycan Respublikasının “Əməkdar elm xadimi” fəxri adı (2009), Y.H.Məmmədəliyev adına mükafat (2014), “Şərəf” ordeni (2014), “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” (2019) və digər mükafatlara layiq görülmüşdür.

Azərbaycanda elmin inkişafında əvəzsiz xidmətləri olan görkəmli alimin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Previous Post

Məhərrəm Məmmədyarov vəfat etdi

Next Post

Ağdamda Lissabondakı kimi geniş küçələr olacaq

Bənzər yazılar

Sabah Bakıda və bir neçə rayonda işıq kəsiləcək

Sabah Bakıda və bir neçə rayonda işıq kəsiləcək

15 Sentyabr 2026 - 23:37

Sentyabrın 16-da paytaxt ərazisində Yasamal rayonunun, eləcə də bir sıra regionların elektrik şəbəkələrində təmir işləri aparılacaq. Elchi.az  xəbər verir ki,...

Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

15 Sentyabr 2026 - 20:11

Sentyabrın 16-sı günün ikinci yarısında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az - a...

Allahşükür Paşazadə Prezident İlham Əliyevə təşəkkür edib

Allahşükür Paşazadə Prezident İlham Əliyevə təşəkkür edib

15 Sentyabr 2026 - 20:07

Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevə ona verilən qiymətə görə təşəkkür edib. Elchi.az -ın məlumatına görə, o, bu barədə...

Polis Akademiyasında andiçmə mərasimi keçirilib

Polis Akademiyasında andiçmə mərasimi keçirilib

15 Sentyabr 2026 - 18:51

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yeni tədris ilinin başlanması ilə əlaqədar I kurs kursantlarının “Polis Andı”nı qəbul etmələri münasibətilə təntənəli...

Next Post
Ağdamda Lissabondakı kimi geniş küçələr olacaq

Ağdamda Lissabondakı kimi geniş küçələr olacaq

Ağdamda Lissabondakı kimi geniş küçələr olacaq

Ağdamda Lissabondakı kimi geniş küçələr olacaq

Son xəbərlər

İranda dövlət qurumlarında xarici messencerlərdən istifadəyə qoyulan qadağa ləğv edilib

İranda dövlət qurumlarında xarici messencerlərdən istifadəyə qoyulan qadağa ləğv edilib

15 Sentyabr 2026 - 23:55
Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçıların qəbuluna dair video paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçıların qəbuluna dair video paylaşılıb

15 Sentyabr 2026 - 23:52
Sabah Bakıda və bir neçə rayonda işıq kəsiləcək

Sabah Bakıda və bir neçə rayonda işıq kəsiləcək

15 Sentyabr 2026 - 23:37
Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 1400-ə yaxınlaşıb

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 1400-ə yaxınlaşıb

15 Sentyabr 2026 - 21:59
İranda “Boeing 737” texniki nasazlıq səbəbindən məcburi eniş edib

İranda “Boeing 737” texniki nasazlıq səbəbindən məcburi eniş edib

15 Sentyabr 2026 - 21:57
Fransa polisləri iş şəraitinə görə etiraz edirlər

Fransa polisləri iş şəraitinə görə etiraz edirlər

15 Sentyabr 2026 - 21:55
Tramp ABŞ Ali Məhkəməsini sərt tənqid edib

Tramp ABŞ Ali Məhkəməsini sərt tənqid edib

15 Sentyabr 2026 - 21:53
ABŞ ordusu SEPAH-ın iki katerini məhv edib

ABŞ ordusu SEPAH-ın iki katerini məhv edib

15 Sentyabr 2026 - 20:36
İsveçrə–Azərbaycan Biznes Forumu keçirilib

İsveçrə–Azərbaycan Biznes Forumu keçirilib

15 Sentyabr 2026 - 20:17
Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

15 Sentyabr 2026 - 20:11
İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır

İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır

15 Sentyabr 2026 - 20:10
Allahşükür Paşazadə Prezident İlham Əliyevə təşəkkür edib

Allahşükür Paşazadə Prezident İlham Əliyevə təşəkkür edib

15 Sentyabr 2026 - 20:07
Ronaldo çıxış etdiyi klubu ala bilər

Ronaldo çıxış etdiyi klubu ala bilər

15 Sentyabr 2026 - 19:28
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər

Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər

15 Sentyabr 2026 - 19:20
Mikayıl Cabbarov İsveçrədə: 10-cu iclas keçirildi

Mikayıl Cabbarov İsveçrədə: 10-cu iclas keçirildi

15 Sentyabr 2026 - 19:12
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.