Luqanskda iki partlayış baş verib

119

Luqanskın atəşə tutulması zamanı Dövlət Dumasının deputatı Viktor Vodolatski və 6 uşaq yaralanıb.
Elchi.az  xəbər verir ki, bu barədə Telegram kanalında Luqansk Xalq Respublikasının Birgə Nəzarət və Koordinasiya Mərkəzindəki nümayəndəliyi məlumat yayıb.
Luqansk Xalq Respublikası senatoru Daria Lantratova Telegram kanalında əvvəlcə mülki əhali arasında heç kimin xəsarət almadığını bildirib. O, iki raketin maşınqayırma zavodunun binasına düşməsinə də aydınlıq gətirib.
Luqanskdakı partlayışlar mayın 12-də axşam saatlarında məlum olub. Müxbirlər səmada qara tüstü buludunun göründüyünü bildiriblər. Luqansk Xalq Respublikasının rəhbəri vəzifəsini icra edən Leonid Paseçnik Ukrayna Silahlı Qüvvələrinin şəhər mərkəzinə raket zərbəsi endirdiyini təsdiqləyib.
Mayın 12-də axşam Zaporojye vilayətinin cənubundakı Melitopolda da partlayış baş verib, əvvəlcə şəhərin şimalındakı Mikrorayon məhəlləsində evlərdə elektrik enerjisi kəsilib, bundan sonra sakinlər partlayış səsi eşidiblər. Hadisə ilə əlaqədar ərazidəki bir sıra yaşayış binalarının elektrik enerjisi kəsilib.
Slavyanskda da partlayışlar baş verib, baş verənlərin təfərrüatları məlum deyil.

Nuranə Məmmədova