Lukaşenko imzaladı: Xəyanət ölümlə cəzalandırıla bilər

87

Martın 9-da Belarus prezidenti Aleksandr Lukaşenko “Cinayət məsuliyyəti haqqında məcəllələrin dəyişdirilməsi haqqında” qanunu imzalayıb.

Elchi.az Belarus prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, qanun vəzifəli şəxsin dövlətə xəyanətə görə cinayət məsuliyyətinin dövlət vəzifəsini tutan bütün şəxslərə şamil edilməsini nəzərdə tutur.

Eyni zamanda, vəzifəli şəxs və ya hərbi qulluqçu tərəfindən törədilən dövlətə xəyanətə görə ən yüksək cəza, ölüm cəzasının tətbiqi mümkünlüyü müəyyən edilir.

Cinayət məsuliyyəti terrorçuluğu təbliğ etməyə, silahlı qüvvələrin nüfuzunu aşağı salmağa və dövlət sirrinin mühafizəsi tələblərini pozmağa görə tətbiq edilir.

Dövlətə xəyanətdə, dövlət hakimiyyətini qəsb etməkdə və ya digər əməllərdə şübhəli bilinən şəxslərin həbsdə saxlanma müddəti üç gündən on günə qədər artırılır.

Yeganə