Belarus prezidenti Aleksandr Lukaşenko general-mayor Pavel Muraveykonu Baş Qərargah rəisi – respublika müdafiə nazirinin birinci müavini təyin edib.
Elchi.az bu barədə Mk.ru-ya istinadən xəbər verir.
Pavel Muraveyko bundan əvvəl ölkənin Təhlükəsizlik Şurasının dövlət katibinin birinci müavini vəzifəsində çalışıb.
Lukaşenko Muraveykonu təyin edərkən müdafiə naziri ilə Baş Qərargah rəisinin birgə işləməli olduğunu göstərib.
“Bizim müdafiə nazirimiz var və Müdafiə Nazirliyində hamı ona tabedir. Lakin buna baxmayaraq, Baş Qərargah rəisinin müəyyən müstəqilliyi var”, – deyə Lukaşenko bildirib.
Yeganə