“Liverpul” Məhəmməd Salaha yeni müqavilə təklif edib

88

“Liverpul” futbolçusu ilə müqavilənin müddətini artırır.

Elchi.az saytı xəbər verir ki, İngiltərə klubu misirli hücumçusu Məhəmməd Salaha yeni müqavilə təklif edib.

“Qırmızılar” əsas hücumçularının 2027-ci ilə qədər komandada qalmasını istəyir. Avropanın və Səudiyyə Ərəbistanının əksər klublarının transfer siyahısında yer alan 30 yaşlı forvard hazırki durumundan razıdır.

Qeyd edək ki, 2017-ci ildən “Liverpul”un şərəfini qoruyan Salah bu mövsüm 50 matçda 30 qol və 15 assistlə yadda qalıb.