Livanda evləri qızdırmaq üçün zeytun toxumundan istifadə olunur

39

Zeytun ağaclarının bol olduğu Livanda zeytun yağı süfrələrə ləzzət qatar, toxumu isə qışda evləri isitər.
Elchi.az xəbər verir ki, Livanda infrastrukturun olmaması səbəbindən istilik ümumiyyətlə təbii qazla deyil, elektrik və ya odun sobaları ilə təmin edilir.
Lakin 2019-cu ildən ölkədə baş verən ciddi iqtisadi böhran səbəbindən son 3 ildə dövlət elektrik enerjisi demək olar ki, yoxdur. Kənd yerlərində və kəndlərdə yaşayan, generatoru olmayan vətəndaşlar çarəni ağac kəsməklə tapırlar.

Şayəstə