İndoneziyada Levotobi vulkanı 2002-ci ildən bəri ilk dəfə püskürüb.
Elchi.az xəbər verir ki, İndoneziyanın Flores adasının cənub-şərqində yerləşən Levotobi vulkanında püskürmə baş verib.
İndoneziya Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzi (PVMBG) tərəfindən edilən açıqlamada, vulkanın 1500 metr yüksəkliyə kül və tüstü səpdiyi bildirilib. Bildirilib ki, rayon sakinləri yerli hökumətin göstərişlərinə əməl etməlidirlər.
Bildirilib ki, vulkanın sonuncu püskürməsi 2002-ci il oktyabrın 12-də baş verib.
Nuranə Məmmədova