Lavrov və Hakan Fidan avqustun 31-də Moskvada görüşəcəklər

88

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyənin xarici işlər naziri Hakan Fidan avqustun 31-də Moskvada danışıqlar aparacaq.

Elchi.az xəbər verir ki, bu barədə TASS diplomatik mənbəyə istinadən məlumat yayıb.

“Lavrov və Fidan avqustun 31-də Moskvada danışıqlar aparacaq”, – deyə mənbə bildirib.

Qeyd edək ki, daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova iki ölkənin nazirləri arasında danışıqlar yaxın vaxtlarda Moskvada baş tutacağını açıqlamışdı.