Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RİA Novosti” və “Rossiya 24” telekanalına müsahibəsində müasir Avropa məmurları arasında davranış tərzinin olmamasından təəccübləndiyini bildirib.
O, Pekinə səfəri zamanı Avropa Komissiyasının (AK) rəhbəri Ursula Fon Der Leyenin sözlərini xatırladıb və o, Avropanın Çinə münasibətinin Ukraynada özünü necə aparmasından asılı olacağını söyləyib.
Lavrovun sözlərinə görə, Qərbdə onlar keçmiş müstəmləkələri, maliyyə cəhətdən Avropa İttifaqından və digər Qərb dövlətlərindən asılı olan bəzi orta ölçülü ölkələrlə danışmağa öyrəşiblər.
Havar Şəfiyeva