"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Ləyaqətli alternativ: Qüdrət Həsənquliyev!

21 Mart 2018 - 09:59
in aktual-banner, Banner, Cebhe-banner, MANŞET, SEÇMƏ XƏBƏRLƏR
FacebookVatsap

Ləyaqətli alternativ: Qüdrət Həsənquliyev!

Bunu da oxuyun

ABŞ-da yeni epidemiya xəbərdarlığı!

Tramp: İranla danışıqlar yaxşı gedir, Hörmüz boğazı tezliklə açılacaq

AQTA: İstehlakçıların seçiminə təsir edən yalnış reklam və etiketləmə halları aşkar edilib

 

Qüdrət Həsənquliyevdən yazmaq ən azı ona görə vacib və lazımdır ki, həm namizədlik iddiasında olanlara nümunə kimi, həm partiya sədri -siyasətçi kimi mübarizliyi, həm də millət vəkili – xalq nümayəndələrindən təşkil olunan elektoratı baxımından deməyə kifayət qədər önəmli keyfiyyətləri var.

Əvvəla, ondan başlayaq ki, Qüdrət Həsənquliyevin özünə də gün kimi aydındı ki, bu dəfə də Prezident… o olmayacaq! Amma məqamın gözəlliyindən biri bu ki… əgər İlham Əliyevin özünün və varisinin namizədliyi irəli sürülməzsə, o halda qeyd-şərtsiz siyahıda olan rəqiblərin ən şanslısı və həm də ən real namizəddi!

Bütün siyasi fəaliyyəti boyunca heç vaxt olduğu cəbhəyə və cəbhəyə qarşı da, cəbhənin içində də çirkli oyunlarda olmayıb!

Əvvəlki AXC-dən ayrılan Qüdrət Həsənquliyev ayrılmağını da, ittihamlarını da əxlaq çərçivəsində edib və indi “troll“ dediyimiz, onda “yurd“daş sayılanların heç birinin təhqiramiz yazılarını kinə, nifrətə, düşmənçiliyə çevirməyib!

Siyasətçi, prezidentliyə namizəd üçün əsas və ilkin şərtlərdən biri – səlahiyyət və görəv yiyəsi olduğu halda, rəqiblərindən qisas almamaq!

Bu Qüdrət Həsənquliyevdə var. İndi uzağı, uzağı, vur-öldür bir jurnalist tapılar ya tapılmaz ki, Qüdrət Həsənquliyevi özünə düşmən bilsin və yaxud da Qüdrət Həsənquliyev hansısa jurnalisti şəxsi prizmadan düşmən saysın. O cümlədən də siyasi rəqibləri. Bəli, dartışmalar, polemikalar, siyasi təbəddülatlar və tərəddüdlər burulğanında çarpazlaşan, kəsinləşən, danışıq masaları, sayt və qəzet redaksiyaları döyüş meydanlarına çevrilən dönəmlər olub. İstənilən halda sonucda dövlətçilik maraqları nəzərə alınaraq, sorunlara son qoyulub. Fərdi, şəxsi, qrup və partiya marağı baxımından nonsenslər olmayıb, cüzi olanlarsa siyasətin imkan verdiyi əxlaq və mübarizə kodeksi çərçivəsində nizamlanıb!

Həm partiya sədri, həm də millət vəkili kimi, “qatıqlama-quşlama” proseslərində Qüdrət Həsənquliyev və komandası qeybətin, “dedim-dedi“ janrının əndazəsindən o yanda olub!

Patriotik çıxışlar, bleflər, pafos gərəkəndə səslənib – dövlətçilik tələb edəndə!

Qüdrət Həsənquliyevin siyasi əxlaq və konstruktiv müxalifətçilik kriteriyalarına tam cavab verən fəaliyyəti, səmimi deyək, heç kimdə qıcıq, ironiya, ikrah yaratmır – nə opponentlərdə, nə də xalq kütlələrində! Əlbəttə ki, narazılar da yox deyil – bu narazılıq qrup və şəxsi ambisiyalar çərçivəsində sərgilənir. Ki… bu da anlaşılandı!

Qüdrət Həsənquliyev siyasi mübarizəyə milli-azadlıq hərəkatının ilk günlərindən qoşulan biri olaraq, sona qədər yolundan dönməyən, görəv qazanan, fəaliyyətini siyasi dividendə çevirməyi bacaran  partiya sədridir. Fikir ayrılığını əsaslandırıb, fikrinə yetərincə tərəfdar toplayıb özünə elektorat formalaşdırmağı bacaran layiqli millət vəkilidir. Bunu həm də siyasi və milli-mental dəyərlər baxımından haqq edən bir aday!

Ədalət və haqq naminə Qüdrət Həsənquliyevin haqqında deyiləsi ən böyük söz onun əxlaqıdır! Xəyanətkar olmamasıdır – nə özünə, nə silahdaşlarına, eləcə də ümumilikdə seçicilərinə. Həbsə alınan, həbsdə olan, üstünə gedilən bütün əqidə və mübarizə silahdaşlarını hər zaman qoruyub. Şəxsi mübarizəsinə don geyindirib ictimai dəstəkdən yararlanmayıb. Təxminən 30 il eyni statusda və xarakterdə olmaq özü də indiki qarışıq dönəmdə böyük siyasi plyusdur!

Ədalət və haqq prinsipinə əsir düşüb, obyektivlikdən uzaq düşməmək üçün ehtiyac var etiraf etməyə: bəzən Qüdrət Həsənquliyevə qarşı haqsız iradlar, hücumlar olanda,yersiz və gülünc ittihamlar səslənəndə çılğın tərəfdarları da “bostanlara güllə atmaqdansa”, “tank, təyyarə arsenalı“nı da işə salıblar. Olub bunlar. Ancaq heç bir halda Qüdrət Həsənquliyev siyasi etikanı və əxlaqi dəyərləri qırmızı xəttə çatdırmağa imkan verməyib.

Obyektivlik naminə onu da deyək ki, balansımızın pərsəngi düzəlsin: Qüdrət Həsənquliyev bir zamanlar yaxşı olduğu, həbsdə olan dostlarının, əqidədaşlarının köməksiz qalan ailələrinə yardımçı olduğu halda belə üzüdönüklər çox nanəcib və kişiliyə sığmayan metod və böhtan olduğu qədər də iyrənc ittihamlarla üstünə gəliblər – demokratiya şarlatanların silahına çevrilib.

Bax bu məqamda da prezidentliyə namizəd kimi aktivində plyusu var Qüdrət Həsənquliyevin – heç bir halda məhkəmə çəkişməsini kişiliyinə sığışdırmayıb.

Prezidentliyə namizəd həm siyasətçi olmalıdı, həm savadlı olmalıdı, həm də və ilk növbədə cinsindən asılı olmayaraq, kişi olmalıdı.

Alternativ rəqiblərin üstündə müqayisələr apara bilərsiniz və dediklərimizin həqiqiliyinə əminlik üçün bu yetərli olar!

Bu  xalqın bir dairə üzrə Qüdrət Həsənquliyevin boynunda mandat və etimad haqqı varsa, Qüdrət Həsənquliyevin 30 illik xalq və həm də konstruktiv müxalifətçi olaraq dövlət qarşısında xidməti var!

Razılaşaq! Razılaşaq ki, prezidentliyə namizəd sadaladığımız keyfiyyətlərə malik biri olmalıdı və Qüdrət Həsənquliyev ən azından bunu ona görə haqq edir ki, nə iqtidar, nə müxalifət, nə də xalq tərəfindən söyülən digərlərindən deyil!

Qrup və partiya marağından siyasətçilərin “söyülməsi” dünya praktikasında da var və münsif xalqın tərəzi olan gözüdür.

Qüdrət Həsənquliyev çəkidə ağır adaylardandır!

Biz niyə Qüdrət Həsənquliyevə səs verərdik, əgər ölkənin faktiki prezidenti alternativ olmasaydı?

Biz niyə Qüdrət Həsənquliyevə inanırıq və dəstəkləyirik?

Biz nədən seçimimizi bu ad üstündə edirik – hansı siyasi töhfələrinə görə?

İlk növbədə siyasi səbatına görə – ölkənin iqtisadi inkişafı və siyasi sabitliyi xarici və xaricdən maliyyələşən daxili antimilli qüvvələrin pozuculuq fəaliyyəti müqabilində öz xalqının və öz dövlətinin yanında olmasına görə!

İnam da, etimad da məhz buna görədir. Hər bir siyasətçinin öz xalqına, öz dövlətinə verdiyi, verə biləcəyi ən böyük töhfə onun siyasi-iqtisadi, ictimai-sosial sərhədlərini toxunulmaz saxlamaq məharətidi!

Seçki dəyərli namizədlərlə önəm kəsb edir! Daha güclü rəqib həm də bu mübarizədə ləyaqətli və mərd alternativlərin əlindən qoparırsa qələbəni, onda bu ikiqat zövq verir!

Aydın Canıyev/aktual.az üçün

Previous Post

Ləyaqətli alternativ: Qüdrət Həsənquliyev!

Next Post

Azərbaycanın qızıl ehtiyatı 2 dəfədən çox artıb

Bənzər yazılar

ABŞ-da yeni epidemiya xəbərdarlığı!

ABŞ-da yeni epidemiya xəbərdarlığı!

05 Avqust 2026 - 11:34

ABŞ-da siklosporiya epidemiyası yayılmağa davam edir. Miçiqanda yoluxanların sayı 11.000-i keçib və epidemiya ilə bağlı ilk ölüm halları qeydə alınıb....

Tramp: İranla danışıqlar yaxşı gedir, Hörmüz boğazı tezliklə açılacaq

Tramp: İranla danışıqlar yaxşı gedir, Hörmüz boğazı tezliklə açılacaq

05 Avqust 2026 - 10:55

ABŞ prezidenti Donald Tramp İranla davam edən təmaslarla bağlı açıqlamalar verib. Tehran administrasiyası ilə danışıqların müsbət şəkildə irəlilədiyini bildirən Tramp,...

AQTA: İstehlakçıların seçiminə təsir edən yalnış reklam və etiketləmə halları aşkar edilib

AQTA: İstehlakçıların seçiminə təsir edən yalnış reklam və etiketləmə halları aşkar edilib

04 Avqust 2026 - 19:35

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən sərinləşdirici içkilər bazarında aparılmış monitorinqlər və təhlillər nəticəsində müəyyən edilib ki, bəzi sərinləşdirici...

Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqləyib

Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqləyib

04 Avqust 2026 - 16:46

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Pokladı qəbul edib və qurumun Rusiyaya qarşı yeni əməliyyatlarını razılaşdırıb. Elchi.az...

Next Post
Azərbaycanın qızıl ehtiyatı 2 dəfədən çox artıb

Azərbaycanın qızıl ehtiyatı 2 dəfədən çox artıb

Türkiyə ilə Gürcüstan arasındakı sərhəd-keçid məntəqəsi bağlanacaq

Türkiyə ilə Gürcüstan arasındakı sərhəd-keçid məntəqəsi bağlanacaq

Son xəbərlər

Sabahın havası açıqlanıb

Sabah 39 dərəcə isti olacaq

05 Avqust 2026 - 12:25
Azərbaycan gömrükçüləri İrandan Britaniyaya yük aparan maşında 4,5 kq tiryək aşkarlayıblar- FOTO

Azərbaycan gömrükçüləri İrandan Britaniyaya yük aparan maşında 4,5 kq tiryək aşkarlayıblar- FOTO

05 Avqust 2026 - 12:20
“Dinamo” ilə oyuna istədiyimiz kimi hazırlaşmışıq

“Dinamo” ilə oyuna istədiyimiz kimi hazırlaşmışıq

05 Avqust 2026 - 12:11
İtaliyada güclü istilər: 27 şəhərdə qırmızı həyəcan

İtaliyada güclü istilər: 27 şəhərdə qırmızı həyəcan

05 Avqust 2026 - 12:00
Bağça müəllimlərinin işə qəbulu üzrə müsahibə mərhələsi başlayıb

Özəl bağçaların hansı qaydada maliyyələşəcəyi məlum olub

05 Avqust 2026 - 11:51
MN rəhbərliyi Hava Hücumundan Müdafiə bölmələrində yeni hərbi obyektlərə baxış keçirib- VİDEO

MN rəhbərliyi Hava Hücumundan Müdafiə bölmələrində yeni hərbi obyektlərə baxış keçirib- VİDEO

05 Avqust 2026 - 11:48
Tailandda matç zamanı sahəyə ildırım düşdü: Futbolçu öldü

Tailandda matç zamanı sahəyə ildırım düşdü: Futbolçu öldü

05 Avqust 2026 - 11:42
ABŞ-da yeni epidemiya xəbərdarlığı!

ABŞ-da yeni epidemiya xəbərdarlığı!

05 Avqust 2026 - 11:34
Rusiyanın Kiyevə hücumlarında 14 nəfər həlak olub

Rusiyanın Kiyevə hücumlarında 14 nəfər həlak olub

05 Avqust 2026 - 11:27
Süni intellektin aldatma bacarığı yeni səviyyəyə çatdı

Süni intellektin aldatma bacarığı yeni səviyyəyə çatdı

05 Avqust 2026 - 11:16
SpaceX raketi Aya düşəcək

SpaceX raketi Aya düşəcək

05 Avqust 2026 - 11:08
Tramp: İranla danışıqlar yaxşı gedir, Hörmüz boğazı tezliklə açılacaq

Tramp: İranla danışıqlar yaxşı gedir, Hörmüz boğazı tezliklə açılacaq

05 Avqust 2026 - 10:55
Nəhəng asteroid 2029-cu ilin aprelində Yerin yaxınlığından keçəcək

Nəhəng asteroid 2029-cu ilin aprelində Yerin yaxınlığından keçəcək

05 Avqust 2026 - 10:47
FIFA-nın növbəti prezidenti sabiq qadın futbolçu ola bilər

FIFA-nın növbəti prezidenti sabiq qadın futbolçu ola bilər

05 Avqust 2026 - 10:39
Naxçıvanda vergi daxilolmaları 4%-ə yaxın artıb

Bu il 41 mindən çox uşağa görə birdəfəlik müavinət ödənilib

05 Avqust 2026 - 10:33
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.