Küveytin yeni əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah hökumətin istefasını qəbul edib.
Elchi.az bu barədə Reuters.com-a istinadən xəbər verir.
Əmirliyin nazirlər kabinetinin üzvləri müvəqqəti olaraq öz vəzifələrini icra etməyə davam edəcəklər. Bu barədə Küveytin KUNA xəbər agentliyi məlumat yayıb.
Bundan əvvəl Küveytin baş naziri Şeyx Əhməd Nəvaf əl-Əhməd əs-Sabah ölkənin yeni rəhbərinə hökumətdən istefa vermək xahişi ilə müraciət edib.
Çərşənbə günü Küveyt əmiri ölkənin birpalatalı parlamenti olan Milli Assambleya qarşısında and içib. Şeyx Məşəl dekabrın 16-da vəfat edən Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabahın yerinə keçib. Küveyt Konstitusiyasına görə, əmirin ölümündən sonra taxt avtomatik olaraq vəliəhd şahzadəyə keçir, lakin o, yalnız parlamentdə and içdikdən sonra hakimiyyətə gələ bilər.
Yeganə