“Krım Ukrayna ərazisidir”-Sallivan

119

“ABŞ Ukrayna Silahlı Qüvvələrinin Amerika silahlarından Krıma zərbə endirməsinin əleyhinə deyil, çünki ərazi respublikanın bir hissəsi kimi beynəlxalq səviyyədə tanınır”.

Elchi.az News.am-a istinadən xəbər verir ki, bu fikirləri ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan “CNN” telekanalında bildirib.

“Biz Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilindəki ərazilərə hücumu üçün heç bir məhdudiyyət qoymamışıq. Krım isə, bizim fikrimizcə, Ukraynadır”, – deyə o, bildirib.

Sallivanın sözlərinə görə, Vaşinqton Kiyevə NATO-ya ötürülən silahlardan istifadə edərək Rusiyanın dərinliklərinə zərbə endirilməsinin tərəfdarı deyil.

Yeganə