Kremldə parçalanma: Məğlubiyyət Putindən narazılığı artırır

49

Rus qoşunlarının Xersondan çıxarılması Prezident Vladimir Putinlə Kremldəki “şahinlər fraksiyası” arasında parçalanmaya gətirib çıxarıb.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.
“Putinin hərbi qüvvələrinin Ukrayna hökumətini devirmək və bütün Ukraynanı ələ keçirmək kimi maksimalist məqsədlərinə nail ola bilmədiyi üçün ifrat ideoloji müharibəmeyilli seçicilərin bir hissəsini sakitləşdirmək getdikcə çətinləşir. Vladimir Solovyov kimi ifrat sağçı təbliğatçılar getdikcə Kremldən və ali hərbi komandanlıqdan Ukraynanın məhv edilməsi ilə bağlı bütün vədləri yerinə yetirməyi tələb edirlər”, – hesabatda qeyd olunub.
İnstitutun qənaətinə görə, Xersonun itirilməsi Kerç körpüsünün partladılmasından sonra tərəfdarlarının gözündə Putin üçün yeni məğlubiyyətdir.
Analitiklər Putinin tənqid dalğasını demək olar ki, misli görünməmiş adlandırırlar. Yəqin ki, televiziyada senzuranın artması da bununla əlaqədardır, çünki bir çox təbliğatçılar geri çəkilmənin fəsadlarını ya gözardı edir ya da yüngül formada təqdim etməyə çalışır.
Eyni zamanda nizami qoşunların və Putinin Xersonda məğlubiyyəti vaqnerçilərin və onların lideri Yevgeni Priqojinin təsirini daha da gücləndirir.