Qərb ideya qıtlığı yaşayır, lakin yenə də Rusiyaya qarşı sanksiya təzyiqlərini davam etdirəcək. Elchi.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.
Siyasətçi vurğulayıb ki, Qərb sanksiyaların onları tətbiq edən ölkələrin maraqlarına zərbə vurduğunu anlayır. “Həm Birləşmiş Ştatlar, həm də Avropa İttifaqı yeni sanksiyalarla çıxış etməyə davam edəcəklər, baxmayaraq ki, onlarda artıq fikir çatışmazlığı var. Onların yeni sanksiya paketləri hazırlamaqda müəyyən problemi var, lakin bizdə heç bir şey yoxdur”.
Kreml nümayəndəsi qeyd edib ki, Rusiya iqtisadiyyatının vəzifəsi yeni şəraitə yaxşı uyğunlaşmaqdır. “Üstəlik, biz bundan özümüz üçün faydalanmağa çalışırıq. Biz müəyyən mənada uğur qazanırıq”, – deyə Peskov yekunlaşdırıb.
Havar Şəfiyeva