Rusiya prezidenti Vladimir Putin planında Ukrayna münaqişəsini müzakirə etmək üçün Moskvaya səfər etməyi planlaşdıran Çinin xüsusi nümayəndəsi Li Hui ilə görüş hələlik nəzərdə tutulmayıb. Elchi.az TASS-a istinadən xəbər verir ki, bunu rusiyalı siyasətçinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bütün bunlar diplomatik departamentlər vasitəsilə işlənəcək”, – Kreml sözçüsü mümkün görüşlə bağlı sualı cavablandırarkən deyib.
Qeyd edək ki, mayın 15-də çinli diplomat Ukrayna böhranının siyasi həllini müzakirə etmək üçün Rusiya, Polşa, Fransa, Almaniya və Ukraynaya turuna başlayacaq.
Havar Şəfiyeva