Kreml Kadırovun səhhəti ilə bağlı sualı cavablandırıb

78

Kreml Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhətinin vəziyyəti ilə bağlı məlumat vermir. Elchi.az xəbər verir ki, bunu TASS-a istinadən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, dövlət başçısının administrasiyasında bu məsələ ilə bağlı hər hansı məlumat yoxdur.
“İstənilən halda, prezident administrasiyası çətin ki, sağlamlıq haqqında arayış verə bilir, ona görə də burada deyəcək heç nəyimiz yoxdur”, – Kremlin sözçüsü izah edib.
Bundan əlavə, Peskov Çeçenistan rəhbəri ilə Rusiya prezidenti Vladimir Putin arasında heç bir görüş olmadığını bildirib.
Bundan əvvəl Telegram kanallarında Çeçenistan liderinin xəstəliyi ilə bağlı şayiələr yayılmağa başlayıb. Belə məlumatların ilkin mənbəyi Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov olub. Öz növbəsində Kadırov gəzintidən video yayımlayaraq vəziyyətinin normal olduğunu bildirib. “İnternetdə həqiqəti yalandan ayıra bilməyən hər kəsə təmiz havada gəzməyi və fikirlərini nizama salmağı qətiyyətlə tövsiyə edirəm. Yağış heyrətamiz dərəcədə canlandırıcıdır”, – Kadırov yazıya imza atıb.

Şayəstə Hüseynova