Kosmosda ən uzun müddət qalan ABŞ astronavtı

105

Beynəlxalq Kosmik Stansiyada xidmət edən astronavt Frank Rubio 366 günlə kosmosda ən uzun müddət qalan Amerikalı astronavt olaraq qeyd edildi.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ Aviasiya və Kosmik Agentliyinin (NASA) bəyanatında deyilir.
Qeyd edilib ki, Rubio sentyabrın 27-də Yer kürəsinə qayıdacaq və o vaxta qədər 371 gün fasiləsiz olaraq kosmos səfərində olacaq.
2022-ci il sentyabrın 21-də kosmosa çıxan Rubio missiyanı başa vurduqdan sonra kosmosda 1 ildən çox qalan ilk amerikalı astronavt olacaq.

Şayəstə Hüseynova