“Koper” – “Neftçi” oyununu fransalı hakimlər briqadası idarə edəcək. ANS PRESS-in məlumatına görə, UEFA
Avropa Liqasında çıxış edən Azərbaycan təmsilçisi “Neftçi” klubunun ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirəcəyi qarşılaşmaya hakimlər təyin olunub. İyulun 24-də “SRC Bonifika” stadionunda saat 23:30-da başlayacaq “Koper” (Sloveniya) – “Neftçi” (Azərbaycan) oyununu fransalı hakimlər idarə edəcəklər. Sloveniyanın Koper şəhərində keçiriləcək görüşün baş hakimi Benoit Millot olacaq. Ona həmyerliləri Stephan Luzi, Cyril Saint Cricq Lompre və Sebastien Moreira kömək edəcəklər. Matçın UEFA nümayəndəsi Tormod Larsen (Norveç), hakim-inspektor isə Alfredo Trentalange (İtaliya) olacaq. Qeyd edək ki, ilk oyunda “Neftçi” Bakıda 1-2 hesabı ilə uduzub.
AFFA rəsmisi “Ludoqorets” – “ Hapoel” oyununa təyinat aldı
Ağdam rayonunun işğaldan azad olunmuş Sarıcalı kəndi yaxınlığında açıq ərazidə yanğın baş verib. Elchi.az xəbər verir ki, hadisə yerinə dərhal...



















Son şərhlər