"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Komitədən şəhid dəfnində dini şüar səsləndirilməsinə REAKSİYA

15 Sentyabr 2022 - 19:50
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

Bakıda beynəlxalq tədbirə hazırlıqla bağlı bəzi yollarda nəqliyyatın hərəkətinin təlimi keçiriləcək

12 sentyabr 2022-ci il tarixindən etibarən Ermənistan tərəfinin beynəlxalq hüququn fundamental norma və prinsiplərini, habelə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatların müddəalarını və Brüssel danışıqlarında əldə edilmiş razılaşmaları kobudcasına pozaraq Azərbaycana qarşı növbəti hərbi təxribatı Ermənistanın sülh müqaviləsi bağlamaqdan yayınmağa çalışdığını və bu ölkədə revanşist meyillərin daha da gücləndiyini, rəsmi İrəvanın sülhə hazır olmadığını bir daha təsdiqləyir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində olduğu kimi, Azərbaycan Ordusu bu dəfə də canı-qanı bahasına bu xain hücumun qarşısını aldı, düşmənə layiqli cavab verərək ona növbəti dəfə sarsıdıcı zərbələr vurdu.

Bu barədə Elchi.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, son təxribatlar nəticəsində Vətənimizin bölünməzliyi uğrunda canından keçən şəhidlərimizin dəfn mərasimlərində dini şüarların səsləndirilməsinə gəlincə, müşahidələr onu göstərir ki, müəyyən kənar dairələrin təlimatlarını yerinə yetirdikləri şübhə doğurmayan bu təxribatçı qaragüruhçular qrup halında hərəkət edir, ictimai-asayişi pozmağa cəhd edir, nümayişkaranə şəkildə özlərini əsl “dindar” kimi göstərmək istəyirlər. Halbuki onların bu kimi daha çox şou təəssüratı yaradan davranışlarının nə hüquqi, nə də dini baxımdan əsası yoxdur. Digər tərəfdən, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin XVIII fəslində (“Dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiramın göstərilməsi”) şəhidlərimizin dəfn mərasiminin hansı formada keçirilməli olduğu açıq şəkildə göstərilib və bu qaydalarda hər hansı başqa hərəkətlərə yol verilməsi nəzərdə tutulmayıb. İslam dininə görə, dəfn mərasimləri mümkün qədər sükut içərisində keçirilməli, hətta zikrlər belə uca səslə söylənilməməlidir. Bununla bağlı İslam mənbələrində kifayət qədər faktlar vardır. Dəfn mərasimində bu cür qışqırıq salanların əməlləri, eyni zamanda xalqımızın formalaşmış adət-ənənələrinə də ziddir. Ancaq həm hüquqa, həm də dini ehkamlara məhəl qoymadan dəfn mərasimlərində dini şüarlar səsləndirən həmin adamlar məlum məsələdir ki, din adından istifadə edərək idarə olunduqları dairələrin tapşırıqlarını yerinə yetirməyə çalışırlar. Əslində bu cür din pərdəsi altında şəhidlərin dəfn mərasimindən istifadə edən qaragüruhçuların əməllərində başqa məqsəd gizlənir. Onlar hətta, şəhid valideynləri və yaxınlarının çağırışlarına fikir vermədən öz mənhus və qanunazidd əməllərini davam etdirirlər. Azərbaycan xalqı bu kimi təxribatçı qrupları yaxşı tanıyır və birmənalı olaraq qətiyyətlə rədd edir. Şəhidlərin dəfn mərasimlərindən özlərinin məkrli əməlləri üçün istifadə etmək istəyənlər heç bir şeyə nail ola bilməyəcəklər.

Daxili İşlər Nazirliyinin də bu cür neqativ hallarla bağlı açıqlamasında qeyd olunduğu kimi, şəhidlərimizin dəfni zamanı ərazidə ictimai asayişin qorunmasını həyata keçirən polis əməkdaşları hər hansı bir insidentin baş verməməsi üçün yersiz səs-küy qaldıran həmin adamları oradan uzaqlaşdırmır, ancaq mərasimlər başa çatdıqdan sonra qeyd olunan təxribatçıların ətrafında müvafiq araşdırmalar aparılaraq tədbirlər görülür.

Onu da qeyd etmək lazımdır ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu istiqamətdə müvafiq dövlət qurumları ilə koordinasiyalı fəaliyyət göstərir. Belə ki, Dövlət Komitəsi yerli icra hakimiyyətləri ilə birlikdə şəhidlərimizin dəfn mərasimləri üçün din xadimlərinin iştirakını təmin etməklə yanaşı, bu istiqamətdə maarifləndirmə işini daima diqqət mərkəzində saxlayır və əməkdaşlarımız mərasimlərdə iştirak edir.

Unutmamalıyıq ki, şəhidlərimiz təkcə öz ailələri üçün deyil, hər birimiz üçün doğmadır, əzizdir. Çünki onlar canlarını Vətənimizin ərazi bütövlüyü, suverenliyi, təhlükəsizliyi, vətəndaşlarımızın xoşbəxtliyi, sahib olduğumuz milli-mənəvi dəyərlərimizi yaşatmaq uğrunda fəda etmişlər. Onlara layiq olduqları ehtiramı göstərmək isə hər birimizin borcudur!

Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, ruhları qarşısında baş əyirik.

Previous Post

Komitədən şəhid dəfnində dini şüar səsləndirilməsinə REAKSİYA

Next Post

Kimdir günahkar ?

Bənzər yazılar

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

09 Oktyabr 2026 - 19:26

Azərbaycanda cari ilin ilk 9 ayı ərzində 60819 uşağın doğumu qeydə alınıb. Elchi.az xəbər verir ki, bu barədə Teleqraf-a Ədliyyə Nazirliyindən...

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

09 Oktyabr 2026 - 19:04

TƏBİB və Səhiyyə Nazirliyinin mütəxəssisləri Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasında stasionar müalicə alan 11 uşaqda müşahidə olunan dərman allergiyası...

Bakıda beynəlxalq tədbirə hazırlıqla bağlı bəzi yollarda nəqliyyatın hərəkətinin təlimi keçiriləcək

Bakıda beynəlxalq tədbirə hazırlıqla bağlı bəzi yollarda nəqliyyatın hərəkətinin təlimi keçiriləcək

09 Oktyabr 2026 - 18:48

15 oktyabr tarixində Bakıda keçiriləcək beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat axınının təhlükəsiz və səmərəli idarə olunmasını təmin etmək məqsədilə nəqliyyat...

Sumqayıtda növbəti səyyar qəbul keçirilib

Sumqayıtda növbəti səyyar qəbul keçirilib

09 Oktyabr 2026 - 16:08

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun sakinlərlə növbəti səyyar qəbulu keçirilib. İcra Hakimiyyətindən Elchi.az-a verilən məlumata görə, şəhərin 1-ci...

Next Post
Kimdir günahkar ?

Kimdir günahkar ?

Mövlam Şixəliyev ittihamların saxta olduğunu bildirib – “MTN işi”

Mövlam Şixəliyev ittihamların saxta olduğunu bildirib - "MTN işi"

Son xəbərlər

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20
Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11
Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07
İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

09 Oktyabr 2026 - 23:01
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

09 Oktyabr 2026 - 22:59
“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 21:28
Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

09 Oktyabr 2026 - 20:26
ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

09 Oktyabr 2026 - 20:22
Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

09 Oktyabr 2026 - 20:20
Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

09 Oktyabr 2026 - 20:17
Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

09 Oktyabr 2026 - 20:13
Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

09 Oktyabr 2026 - 19:26
Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

09 Oktyabr 2026 - 19:12
11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

09 Oktyabr 2026 - 19:04
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.