Kolumbiyada keçirilən ənənəvi Tomatina Festivalının iştirakçıları pomidor vannası qəbul ediblər.
Elchi.az xəbər verir ki, bu il 14-cü dəfə təşkil edilən festival çərçivəsində “Boyaca” inzibati bölgəsinin “Stumarchan” şəhərində toplaşan yüzlərlə insan bir-birinə 40 ton pomidor atıb.
Bölgədəki fermerlərin hədiyyə etdiyi və yük maşınları ilə festival ərazisinə gətirilən tonlarla pomidor iştirakçıları qırmızı rəngə boyayıb.
Festival iştirakçıları start fiti ilə bir-birlərinə pomidor yağışı yağdırıblar.
Tədbirin sonunda paltarları pomidor qırmızısına bürünən ziyarətçilər rəsmilər tərəfindən təzyiqli su ilə təmizlənib.
Tomatina festivalı zamanı mədəni tədbirlər, şənliklər, müsabiqələr və mini-konsertlər də keçirilib.
Səlahiyyətlilər festivalda istifadə edilən pomidorların istehlak üçün uyğun olmadığını və hər il keçirilən festivallar səbəbindən bölgənin cazibə mərkəzinə çevrildiyini bildirib.
Nuranə Məmmədova