Kolumbiyada mayın 1-də 7 nəfərlə birlikdə yoxa çıxan və dünən qalıqları tapılan kiçik təyyarədəki 4 uşağın sağ olaraq tapıldığı bildirilib.
Elchi.az xəbər verir ki, Kolumbiya prezidenti Qustavo Petro Tvitter hesabından verdiyi açıqlamada, “Əsgərlərimizin gərgin axtarışları nəticəsində Quaviarda qəzaya uğrayan təyyarədəki 4 uşağın sağ olduğunu gördük. Bu ölkə üçün böyük sevincdir”,- ifadəsini işlədib.
Qəzaya uğrayan təyyarədə “möcüzə” nəticəsində sağ qalan 11 aylıq körpənin olduğu, qardaşların meşədə aşkar edildiyi bildirilib.
13 yaşlı Lesli Bonbaire, 9 yaşlı Soleiny Ranoque, 4 yaşlı Tien Ronoque və 11 aylıq körpə Cristian Ranoque-un qəzadan necə sağ çıxması və 17 gün sağ qalması ilə bağlı təfərrüatlar paylaşılmayıb.
Blu Radio-nun xəbərində bacıların ən böyüyü Leslinin kiçik qardaşlarını yaşatmaq üçün meşədə müvəqqəti sığınacaq qurduğu paylaşılıb.
Dünən ölkənin cənubundakı meşələrdə qalıqları tapılan kiçik təyyarədə olan digər 4 nəfərin cəsədi aşkarlanıb. Quaviare inzibati bölgəsinin San Xose şəhərində qəzaya uğradığı güman edilən kiçik HK 2803 təyyarəsində 7 nəfərin olduğu bildirilib.
Nuranə Məmmədova