Kolumbiyada qəbiristanlıqdan məşhur adamın cəsədi oğurlandı

100

“Bədnam Los Çoneros” dəstəsinin keçmiş lideri, ekvadorlu Junior Roldanın cəsədi Kolumbiyanın Medellin şəhəri yaxınlığındakı qəbiristanlıqdan oğurlanıb. Elchi.az  “Le Figaro”ya istinadən xəbər verir ki, qəbiristanlıq işçisi bu barədə hadisə yerinə gələn keşişə məlumat verib.

Junior Roldan,  Ekvador ədliyyəsindən fərari idi. Keçən fevral ayında o, narkotik ticarəti ilə məşğul olan rəqib dəstələr arasında toqquşmaların baş verdiyi Quayaquil həbsxanasından şərti olaraq azad edilib. Məhkəmənin qərarı Ekvador prezidenti Gilyermo Lasso tərəfindən tənqid edilib.

Mart ayında isə  dəstə başçısı hücuma məruz qalıb və yaralanıb. Ekvador səlahiyyətliləri onun izini itirib  və iki ay sonra onun cəsədi Kolumbiyanın şimal-qərbindəki kəndlərdə tapıldı.

Qeyd edək ki, Junior Roldan əvvəllər Ekvador həbsxanalarına hücumlar da daxil olmaqla çoxsaylı cinayətlərdə ittiham olunub.

Havar Şəfiyeva