Kolumbiyada əsgərlərə silahlı hücum: 4 ölü

90

Kolumbiyada əməliyyat keçirən əsgərlərə silahlı hücum nəticəsində 4 nəfər həyatını itirib.
Elchi.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ki, təhlükəsizlik qüvvələri Narino inzibati rayonunun Cumbitara şəhərinin kənd ərazisində qanunsuz silahlı birləşmələrə qarşı əməliyyat keçirib.
Açıqlamada qarşıdurmada 4 əsgərin öldüyü, bölgəyə əlavə qüvvələrin göndərildiyi və əməliyyatın davam etdiyi bildirilib.
Kolumbiya mətbuatının məlumatına görə, hücumu tərksilah etməyən keçmiş Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələrinin çətir təşkilatı Estado Mayor Central) həyata keçirib.
Digər tərəfdən Kolumbiya Müdafiə Nazirliyi həyatını itirən əsgərlərin ailələrinə başsağlığı verib.

Nuranə Məmmədova