Klinton Trampın seçkilərdəki qələbəsinin nəticələrini açıqlayıb

100

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton deyib ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2024-cü ildə keçiriləcək prezident seçkilərində qələbəsi Ukrayna və ştatlarda demokratiyanın sonu olacaq. Elchi.az xəbər verir ki, “Financial Times” qəzetinə müsahibəsində siyasətçi Trampın ən yüksək hökumət postuna seçilməsinin nəticələrini dilə gətirib.

“Əgər Tramp 2024-cü ildə qalib gəlsə, mən inanmıram ki, bu, ABŞ-da demokratiyanın sonu olacaq. Bu, Ukraynanın sonu olacaq”, – deyə Klinton bildirib.

Müsahibə zamanı siyasətçi Ukraynadakı münaqişəyə də münasibət bildirib, Vaşinqton və Pekin münasibətlərini şərh edib. Klinton ölkənin hazırkı prezidenti Co Baydenin yenidən seçilməsi perspektivlərindən də danışıb.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabrına təyin edilib. Aprelin 25-də Co Bayden ən yüksək hökumət ofisinə yenidən seçilmək istəyəcəyini açıqladı. Tvitter səhifəsində o, Amerika demokratiyasını müdafiə etməyi öz işi adlandırıb.

Havar Şəfiyeva