Kiyevdə sahibkarlar generatorlardan istifadə edirlər

39

9 aydır Rusiyaya qarşı müharibənin davam etdiyi Ukraynada Rusiyanın paytaxt Kiyevdəki kritik enerji infrastrukturlarına son hücumları nəticəsində elektrik enerjisi kəsilərkən, şəhərdəki biznesmen və iş adamları generatorlardan istifadə edərək xilas oldular, fəaliyyətlərini davam etdirirlər.
Xüsusilə oktyabr ayından etibarən Rusiya qüvvələrinin elektrik infrastrukturunu hədəf alan raket və İHA hücumları səbəbiylə Kiyevin müxtəlif rayonlarında elektrik enerjisi tez-tez kəsilsə də, dükançılar fəaliyyətlərini davam etdirmək üçün generatorlardan istifadə etməli olurlar.
Elchi.az xəbər verir ki, hücumlar nəticəsində böyük ziyan dəymiş enerji infrastrukturlarının təmir-bərpa işləri intensiv şəkildə davam edərkən, ölkə daxilində elektrik enerjisinin kəsilməsi davam edir.

Şayəstə